Metereoloqlar həyəcan təbili çalır: Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə
Yaxın vaxtlarda baş verə biləcək "El-Ninyo" iqlim fenomeni son on ilin ən güclüsü ola bilər.
Adalet.az xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, "El-Ninyo" Sakit okeanın ekvatorial hissəsində suyun temperaturunun anormal şəkildə artması ilə əlaqədardır. Bu proses qlobal temperaturun yüksəlməsinə, eləcə də dünyanın müxtəlif bölgələrində təhlükəli hava şəraitinin yaranmasına səbəb ola bilər.
ABŞ-nin Okean və Atmosfer Tədqiqatları üzrə Milli İdarəsinin (NOAA) proqnozuna görə, fenomen iyun-avqust aylarında yenidən başlayacaq və ən azı 2026-cı ilin sonuna qədər davam edəcək.
Meteoroloqlar bildirirlər ki, fenomenin ən güclü təsiri qarşıdakı qış mövsümündə hiss olunacaq. Nəticədə 2026 və 2027-ci illər meteoroloji müşahidələr tarixində ən isti illərdən biri ola bilər. Sakit okeanda suyun temperaturunun normadan 1,5-2 dərəcə yüksək olacağı gözlənilir./oxu.az
Digər Xəbərlər
13 Aprel 2026 20:00
Aya uçanlar market menecerindən də az maaş alır
13 Aprel 2026 19:46
Keçmiş prezident təqaüdündən narazıdır - "Kifayət etmir"
13 Aprel 2026 19:38
Netanyahu ilə Vens ABŞ və İran danışıqlarının yekunlarını müzakirə ediblər
13 Aprel 2026 19:28


Bakı -°C

