adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Yanvar 2021 16:17
26546
DÜNYA
A- A+

Paşinyanın ailəsi Moskvaya niyə qaçıb? - VİDEO

Bir sıra erməni teleqram kanalları Baş nazir Nikol Paşinyanın ailə üzvlərinin gizli olaraq Moskvaya getdiklərini yazıb. 

Ötən gün isə erməni mətbuatı N.Paşinyanın həyat yoldaşı Anna Akopyan və iki qızının köhnə Yeni il bayramını qeyd etmək üçün Moskvanın ən elit “Puşkin” restoranına getdiklərini bildirib. Başqa bir versiyaya görə isə, Paşinyanın ailəsi Rusiya vətəndaşlığı almaq üçün gizli Moskvaya gedib. Erməni baş nazirinin ailəsi üçün Moskvada mənzil axtardığı bildirilir. 

“Mediaport” teleqram kanalı isə yazır ki, nazir ailəsi Moskva aeroportunda qalmaqalla üzləşib. Hadisə ilə əlaqədar aeroportun gəlmə zalında təxliyə elan olunub. Rusiyanın erməni icmasının nümayəndələri, rəsmiləri zorla aeroportun görüş zalına girib və Anna Akopyanı, qızları Şuşan və Marianı təhqiredici “satqınlar” ifadəsi ilə qarşılayıblar.