adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Yanvar 2021 21:00
53008
HADİSƏ
A- A+

Rusiyada hərbi kolon dəhşətli qəzaya uğradı: Ölənlər var- VİDEO

Rusiyanın Moskva vilayətində hərbi kolon yük maşınına çırpılıb.

TASS təcili yardım xidmətinə istinadən məlumat verir ki, qəza nəticəsində dörd nəfər həyatını itirib.

Bildirilir ki, altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti son dərəcə ağırdır.

İlkin məlumatlara görə, ölən və yaralananların hamısı hərbi qulluqçulardır.

Ölənlərin sayının artacağı istisna edilmir.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatlarına görə, qəzaya yük maşınının sürücüsünün idarəetməni itirməsi səbəb olub.