adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Dekabr 2020 19:35
35110
İQTİSADİYYAT
A- A+

Azərbaycanda bu məhsulların istehsalı artıb

Bu il Azərbaycanda bir məhsulların istehsalında azalma müşahidə olsa da bir sıra məhsulların istehsalında artım qeydə alınıb.

Trend-in məlumatına görə, 2020-ci ilin yanvar-oktyabr aylarında emal sektorunda əczaçılıq məhsullarının istehsalı 8,8 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 78,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 64,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 50,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 50,1 faiz, maşın və avadanlıqların istehsalı 41,4 faiz, kağız və karton istehsalı 34,2 faiz, geyim istehsalı 33,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,5 faiz, tikinti materiallarının istehsalı 26,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,1 faiz, tütün məmulatlarının istehsalı 18,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,2 faiz, poliqrafiya məhsullarının istehsalı 9,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 7,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 6,1 faiz, hazır metal məmulatlarının istehsalı 1,2 faiz artıb.

Qida məhsullarının istehsalı 1,3 faiz, neft məhsullarının istehsalı 2,2 faiz, elektrik avadanlıqlarının istehsalı 2,4 faiz, içkilərin istehsalı 9,0 faiz, mebel istehsalı 24,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 39,9 faiz azalıb.