SON DƏQİQƏ:

“Hərbçilərin əvəzinə” - Rövşən Tahir yazır

  46719   |  
Şriftin ölçüsü  


İki noyabr, səhər saat 9 radələri idi...149 nömrəli avtobusla işə gəlirdim. N saylı hərbi hissənin qarşısında iki zabit avtobusa mindi. Düşəcəkləri məkana az qalmış zabitlərdən biri avtobus sürücüsünə gediş haqqını çıxmaq üçün pul uzatdı. Dayı pulu götürmədi. Oturduğum yerdə qəribə hisslər məni bürüdü. Biz necə belə bir olduq, İlahi?!

Əlimi portmanatıma atıb həmin günkü xərclərimi müəyyən etdikdən sonra (O gün həm də bir qonaqlıqda iştirak edəcəkdim, odur ki, orada xərcləyəcəyim pulu da ayırdım) yerdə qalan 10 manatı düşərkən dayıya uzatdım. Qalıq pulu qaytarmaq istəyərkən "Ehtiyac yoxdur" dedim. Təəccüblü şəkildə mənə dikilən baxışlara: "Hərbçilərin əvəzinə" deyə cavab verdim. Dayı susdu...

Bizi müharibəmi dəyişdi? Bizi bu qədər sıx Vətən sevgisimi birləşdirirdi? Heç nə deyə bilmirəm. Bir şeyi bilirəm ki, Yurdumun insanları fəxrediləsidir...

P.s. Bu yazıda özüm haqqında deyil, dayının mərdliyi haqqında əsas məsələləri diqqətə çatdırmaq istəyirəm. Ona görə də hər bir şeyi xırda detalına qədər qələmə aldım.

P.p.s. Bir şeyi də düşünürəm, gör o dayı bu vaxta qədər neçə hərbçidən pul götürməyib...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK