SON DƏQİQƏ:

Baş Prokurorluğun "Facebook" səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib

  17705   |  
Şriftin ölçüsü  

Hazırda sosial şəbəkələr informasiya mübadiləsində ən önəmli vasitələrdən birinə çevrilib.

Adalet.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram və linkedin sosial şəbəkələrindən istifadə olunur.

Noyabrın 26-da isə Azərbaycan Respublikasının Baş Prokurorluğunun "Facebook" səhifəsi – (link: https://www.facebook.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.

“Verified Page”, yəni təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişanın köməyi ilə orijinal səhifənin saxta səhifələrdən ayırd edilməsidir.

Məsələ ilə bağlı Baş Prokurorluğunun Mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan "Facebook" səhifəsinin rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənməsinə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən yardım olunduğu bildirildi.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-24
2021-01-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK