adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
24 Noyabr 2020 14:50
22812
İDMAN
A- A+

“Qarabağ”-“Sivasspor” matçının hakimləri açıqlandı

Avropa Liqasının IV turu çərçivəsində keçiriləcək “Qarabağ” “Sivasspor” matçı üçün hakim təyinatları açıqlanıb. 

“Qarabağ” FK-dan verilən məlumata görə, Qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək. 

Görüşün baş hakimi Jakob Kehlet olacaq. Ona yan xətt hakimləri Heine Sorensen və Lars Hummelgaard köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Jens Maa yerinə yetirəcək.