SON DƏQİQƏ:

Ağdam erməni vandalizmindən əvvəl və sonra - FOTOLAR

  156393   |  
Şriftin ölçüsü  

Erməni vandalizminin növbəti təsdiqi 1993-cü il iyulun 23-dən erməni işğalında olan və xarabalığa çevrilmiş Ağdam şəhəridir.

İşğal nəticəsində 130 minə yaxın Ağdam sakini qaçqın düşüb, 6 minə yaxın sakin şəhid olub. Şəhər, daha doğrusu onun qalıqları 2020-ci il noyabrın 20-də azad edilib.

Ağdam rayonu özünün qida sənayesi və kənd təsərrüfatı ilə tanınırdı, burada çoxlu sayda müəssisə və zavod, tədris müəssisələri, texnikumlar, tibb və musiqi peşə məktəbləri, dram teatrı, 200 filialdan ibarət rayon kitabxana şəbəkəsi fəaliyyət göstərirdi.

Ağdamda Sovet İttifaqının yeganə Çörək muzeyi mövcud idi. 1992-ci il avqustun 12-də ermənilərin atdığı mərmi Çörək muzeyinin fəaliyyətinə son qoyub, muzeyin 1 500-dən çox eksponatı məhv edilib. Bundan başqa, Ağdamın məşhur çay evi və “Qarabağ” futbol klubunun oyunlarını keçirdiyi “İmarət” stadionu dağıdılıb.

İşğal müddətində ermənilər rayon ərazisində qanunsuz arxeoloji qazıntılar aparıb və tapılan eksponatları Ermənistana daşıyıb.

Dağıdılan tarixi abidələr sırasında eramızdan əvvəl 2-ci minilliyə aid Üzərliktəpə yaşayış məskəni, 16-cı əsrə aid məbəd, Kəngərli kəndində 14-cü əsrə aid sərdabə və daş abidələr, Xaçındərbənd kəndində 1314-cü ilə aid Qutlu Sarı Musaoğlu məqbərəsi, 18-19-cu əsrlərə aid Qarabağ xanlığının irsi hesab olunan Şahbulaq qalası, xan sülaləsinin sarayı və türbələri yer alır.(trend)

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-26
2021-09-25
2021-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 25 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK