SON DƏQİQƏ:

“Qəqəni” ləqəbli Razim Dəmirov: “Bütün qəlbimlə inanırdım ki...” - MÜSAHİBƏ

  63884   |  
Şriftin ölçüsü  

Azərbaycan Ordusu  27 sentyabrdan öz dövlətinin yeni tarixini yazdı.  Hazırda Azərbaycan xalqı ən  şərəfli anlarını yaşayır. Çünki dünyanın ən güclü 50 ordusu sırasında olan  Azərbaycan Ordusunun qüdrəti-gücü ilə bu payız günlərində tarixi ədalət bərpa olunur, bütün torpaqları öz sahibinnə qaytarılır.   Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu qalib ordu kimi dünyanın diqqət mərkəzinə düşdü.
 

Həmin müddətdə xalqın nəbzi ordu ilə birgə vurdu. Hər kəs bu qələbəyə, bu zəfərə bir kömək, bir yardım etmək  üçün sanki yarışa çıxdı. Orduya  dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyatlarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışdılar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən hökumət və qeyri-hökumət müəssisələri, şirkətlər, imkanlı şəxslər Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirdilər. 

Belə kampaniyalardan birinə qoşularaq  Ağcabədi rayon ərazisində yerləşən N saylı hərbi –hissədə olduq. Əsgərlərimizlə görüşdük, söhbətləşdik. Və orda tanış bir simaya da rast gəldik. O, 14 yaşında evdən qaçaraq cəbhəyə gedən, I Qarabağ savaşının ən gənc könüllü döyüşçülərindən olan , “Qəqəni” ləqəbli Razim Dəmirov idi.  Tanımayanlar üçün qeyd edim ki, Razim 1977-ci  ildə Şəmkir rayon İrmaşlı kəndində anadan olub. 1992-ci ilin yanvar ayında könüllü olaraq müharibəyə yollanıb, 1993-cü ildə aldığı güllə və qəlpə yaralarından sonra ordu sıralarından tərxis olunub. II qrup Qarabağ müharibəsi əlilidir. Yaralanması haqqında mediaya verdiyi açıqlamasında da bildirmişdi:” Murovda xidmət edəndə bir dəfə ayağıma kimyəvi silahın qəlpəsi girdi. Bir müddət buna görə xəstəxanada yatdım. Sağalıb geri qayıdandan sonra yenə açıq qəlpə yarası aldım. İkinci yara ağır oldu. 1993-cü ilin may ayında yaralandım. Xəstəxanada yatarkən xəbər gəldi ki, döyüşçü yoldaşlarım Murovda şəhid olub. Həkimlər icazə vermədi deyə, hospitaldan qaçdım. Şəhidlərimizin dəfnində iştirak etdim. Bundan sonra hərbiyə qayıtmadım. Əsgərlik yaşıma çatanda məni əsgər aparmadılar”. 
 Bunları bildiyim üçün R.Dəmirovdan ayaqüstü bir müsahibə almağı özümə borc bildim:

-Razim, sizi burda gördüyümə təəccübləndim. Bildiyim qədəri ilə I Qarabağ savaşında əlil olmuş döyüşçüləri müharibəyə aparmırlar. Çünki kifayət qədər əsgərimiz və döyüşə yararlı ehtiyatda olan hərbçilərimiz var...

- Doğrudur, var! Amma belə bir gündə mən bu proseslərdən kənarda qala bilməzdim. Xahiş elədim, tələb elədim, axır ki, burdayam! Mən hər zaman bütün qəlbimlə inanırdım ki, bir gün yenə yarımçıq qoyduğum o savaşa qayıdacam. Qayıtdım və çox şadam ki, burdayam!

- Müsahibələrinizin birində söyləmişdiniz ki, 17 nəfər yaxın dost bildiyin silahdaşlarının ermənilər tərəfindən xaincəsinə qətlə yetirilməsi və bir gündə dəfn edilməsi sizə çox ağır təsir bağışlamışdı. Bu gün siz yenidən döyüşə atılmısınız. Onların qisasını almaq üçünmü burdasınız?

-Əlbətdə, 27 il keçib. Həyatımdakı o ən böyük və ilk  itkini, 17 şəhidimizin dəfnini bu gün də unuda bilmədim. Hər zaman qisas hissiylə çırpındım. Onlar mənim qardaşlarım idi. Onların qisasını almaq boynumun borcudur. Birdə yağıya qalmış doğma vətən torpağının xilas edilməsi elə şəhidlərimizin qisasını almaq kimi bir vəzifədi, borcdu. Məni bura hər iki səbəb gətirib.

 Sağollaşırıq.” Qəqəni” ləqəbli qəhrəmanımız, döyüşkən ruhlu qazimiz Razim Dəmirov müharibədən sonra, mənə geniş bir müsahibə verəcəyinə söz  verib, bizdən ayrılır. 

Uğurlar Azərbaycan Ordusu!Uğurlar  döyüşkən igidlər!
 
 

Əntiqə Rəşid

 “Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 26, 24, 21, 19, 17, 14, 12, 11, 07 05,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK