SON DƏQİQƏ:

Özünə "jurnalistəm" deyənləri başa salmaq olmur, o ki qala kütləni - Əzizə İsmayılova yazır 

  106209   |  
Şriftin ölçüsü  

Bir məsələyə toxunmaq istəyirəm. 

 

Cəbhə bölgəsindən gələn videoların və paylaşılmaması ilə bağlı dəfələrlər müraciət etsən də, izah etsən də kütləyə bunu başa salmaq mümkünsüzdür. Hətta özünə "jurnalistəm" deyənləri başa salmaq olmur, o ki qala kütlə ola.

Müğənni, şou-biznes əhli də bir ayrı dərddir, hamısı olub hərbi reportyor.  Nə görsələr paylaşırlar və düşünmürəm ki, onlara nəsə başa salmaq mümkün olacaq..

Zənnimcə, bunun 2 yolu var:

1. Əsgərlərdə smartfonların olmaması haqda qanun tam şəkildə işə salınmalıdır. Ön cəbhədə olanların hamısında smartfon çəkirlər, yayırlar və nəticədə xoşagəlməz hallar baş verir. Koordinatlar düşmən tərəfindən müəyyən olunur, ərazi vurulur, əsgərlərimiz şəhid olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (MN ) sadəcə "ancaq rəsmi videoları yayın" xəbərdarlığı etməklə kifayətlənir. İşiniz ağırdır, çoxdur, bunu anlayırıq. Amma setə düşən şeyin qarşısını almaq MÜMKÜNSÜZDÜR və bu, nəticədə sizin işinizə əngəl olur. Hərbçilərdə olan bütün smartfonlar yığışdırılmalıdır. 

2. Mobil operatorlar Bakcell Narmobile Nar Azercell döyüş gedən ərazilərdə internet yayımını necəsə əngəlləməlidir.  Düzdür, texniki cəhətdən bu nə dərəcədə mümkündür deyə bilmərəm amma bunun başqa variantı yoxdur.

Hər hansı materialın yayımlanması üçün ən münbit şərait yaradıb, sonra da çıxıb demək ki, "paylaşmayın" cəmiyyətdə "yeyilmir" və bunun nəticə verəcəyini gözləmək sadəlöhvlükdür.

ŞƏHİD şəkillərini paylaşmayın, düşmən tərəf sizin paylaşımlardan istifadə edir, ələ salır, təhqir edir" deyirsən, deyirsən ki, "bax gör sən setdə onların ölülərinin şəklini görə bilərsənmi?"- mümkünsüzdür, anlatmaq olmur və öz payıma necə izah edəcəyimi bilmirəm. 

Təkrar deyirəm, hətta özünə jurnalist deyənlərə izah etmək olmur, o ki qala kütləyə... 

P.S. Bilirəm ki, bu fantastik bir fikir deyil, Nazirlik və başqaları bunu düşünməmiş deyil. Sadəcə məsələyə şəxsi yanaşmamı sərgiləmək üçün yazdım. deməsəm olmazdı

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK