adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Sentyabr 2020 22:00
20527
DÜNYA
A- A+

Roma papası Pompeo ilə görüşdən imtina edib

Roma Papası I Fransisk Avropa ölkələrində səfərdə olan ABŞ-ın Dövlət katibi Mayk Pompeonu qəbul etməyəcək.

Adalet.az-ın məlumatına görə, bunu Vatikanın diplomatik xidmətinin rəhbəri, arxiyepiskop Pol Riçard Qallaher deyib.

Onun sözlərinə görə, Roma papasının M.Pompeo ilə görüşü ABŞ-da prezident seçkiləri ərəfəsində seçkiqabağı kampaniya ilə əlaqədar məqsədəuyğun hesab olunmayıb.

Qeyd edək ki, Mayk Pompeo Avropa ölkələrinə səfərləri çərçivəsində bu gün Romaya gedib.