SON DƏQİQƏ:

Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur

  13681   |  
Şriftin ölçüsü  

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başlayıb.

Nazirlikdən Adalet.az-a bildirilib ki, Azərbaycana qarşı Ermənistan tərəfindən başlanan genişmiqyaslı hücumun ilk saatlarından Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin bütün hərbi tibbi personalı gücləndirilmiş iş rejimində fasiləsiz tibbi xidmət göstərir.

Döyüşlər gedən bütün istiqamətlərdə mobil səhra cərrahiyə hospitalları fəaliyyətdədir və tibb müəssisələri peşəkar həkim kadrları ilə tam komplektləşdirilib. Hərbi tibb müəssisələrinə daxil olan yaralılar arasında həyatını itirən hərbi qulluqçumuz yoxdur. Bütün imkanlarımız səfərbər olunub və yaralı hərbi qulluqçuların tezliklə müalicə olunaraq öz sağlamlıqlarına qovuşmaları üçün hərbi tibb personalı var qüvvəsi ilə çalışır.

Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.

Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur.
Bildiririk ki, hərbi qulluqçuların valideynlərini narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nəzdində sutka ərzində fasiləsiz fəaliyyət göstərən qaynar telefon xətti açılıb.
Vətəndaşlar (012) 406-41-51, (012) 406-41-91, (012) 406-42-72, (012) 406-44-63 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər.

Eyni zamanda vətəndaşlardan telefon xətlərinin həddən artıq yüklənməməsi və normal qaydada fəaliyyət göstərməsi məqsədilə ehtiyac olmadığı halda zəng etməmələrini xahiş edirik.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 29, 27, 24, 22, 20, 17, 15, 13, 10, 08,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK