adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Sentyabr 2020 20:44
26876
İDMAN
A- A+

AFFA "Qarabağ"la bağlı UEFA-ya müraciət etdi

Son günlər Ermənistan–Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin genişmiqyaslı təxribatları nəzərə alınaraq, UEFA Avropa Liqası turnirinin play-off mərhələsi çərçivəsində oktyabrın 1-də Varşavadakı “Wojska Polskiego” stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” oyunu ilə əlaqədar AFFA tərəfindən UEFA-ya müraciət ünvanlanıb.

Adalet.az AFFA-ya istinadən xəbər verir ki, müraciətdə UEFA Avropa Liqası turnirinin qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarəolunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılaraq bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir.