SON DƏQİQƏ:

Özümü qadınların çoxusundan feminist hesab edirəm... - Eminquey yazır

  41987   |  
Şriftin ölçüsü  
Deməli, ölkənin 80 faizə yaxınının dini İslam, peyğəmbəri Məhəmməddir.

Əla! Çox pakizə!

Bu həmin 80 faizi böləndə ən azı hərəmizə 2 nəfər düşür. Onların (olmayan) fikirlərinə zidd olan bir söz desən, vay halına! Sənin üstünə (oxumadıqları) Quranla, peyğəmbərlə gələcəklər.

Tutaq ki, bu da əla! Lap belə fısqırıq!

İnanın, çox sevinərəm ki, bəzi məsələlərdə elə peyğəmbərlə gəlsinlər.

Amma bu "Quranda içki haramdı", "Zina ən böyük günahdı" kimi klişe arqumentlər olmasın da.

Məsələn, özünə həyat qurmalısan. Bu həyat sənin həyatındı. Bu həyatı bir müddət valideynlərinlə yaşayacaqsan, sonra isə qalan ömrü özbaşına sürəcəksən. Buna görə də sən yaşaya biləcəyin qadınla həyat qurmalısan.

Boyu balacadı? Bu, sənin seçimindi!

Yaşı səndən böyükdü? Bu sənin seçimindi!

Boşanıb? Yenə də bu sənin seçimindi!

Hə, əslində sənin seçimin olmalıdı, amma olmur da. Sən həyatını hər telini müqəddəs bildiyin adamların qadağaları ilə seçməyə məruz qalırsan. Əgər gücün varsa, hə, o zaman qələbə çala bilərsən. Bu da ki hamıda olmur.

Bəs, yaxşı, bu adamların bizə qoyduqları qadağalar nədir?

Yuxarıda sadaladıqlarımın əksi...

"Boşanmış olmaz”.

"Dul olmaz”.

"Yaşca səndən böyük olmaz”.

"Boyca səndən hündür olmaz”.

Və sairətən və ilaxıratan.

İndi gələk bu adamların dininə, peyğəmbərinə!

Hər kəlməbaşı and içdikləri, müqəddəs bildiklərinə!

Baxaq da peyğəmbərin həyatına.

Məkkənin ticarətlə məşğul olan ən varlı ailələrindən birinə mənsub olan Xədicə Məhəmməd peyğəmbərə əvvəlcə iş, daha sonra isə evlilik təklifi etmişdi. Evləndikləri zaman Məhəmməd peyğəmbərin 25, Xədicənin isə 40 yaşında olduğu qeyd edilmişdir. Xədicə binti Xüveylid vəfat edənə qədər Məhəmməd peyğəmbər başqa bir qadınla ailə qurmadı.

Sevda binti Zəma Məhəmməd peyğəmbərin Xədicənin vəfatından sonra Həvla binti Hakimin məsləhətilə ev işlərini görməkdə yardımçı olar deyə evləndiyi dul və yaşlı bir qadın idi. Məhəmməd peyğəmbərlə ailə qurduğu zaman təxminən 55 yaşında olub.

Zeynəb binti Cəhş oğulluğa götürdüyü Zeyd ibn Sabitin boşadığı xanımı və bibisinin qızıdır. 35 yaşında Məhəmməd peyğəmbərə ərə gedib.

Döyüşdə öldürülən müsəlmanların dul qalmış xanımları Həfsə binti Ömər, Hind binti Əbu Ümeyyə , Reyhanə binti Zeyd, Zeynəb binti Xuzeymə ilə evlənib. Barış və ittifaq məqsədilə

Cüveyriyə binti Haris 20 yaşında müsəlmanlara əsir düşmüşdü. Peyğəmbər onunla evlənməsi qarşılığında fidyəsini ödəyəcəyini bildirdikdə, bu şərti qəbul etmiş və 20 yaşında peyğəmbərlə evlənmişdi.

Səfiyyə binti Hüyey 18 yaşında Əhzab döyüşündən sonra müsəlmanlara əsir düşmüş, peyğəmbərlə söhbətindən sonra peyğəmbərin təklifi ilə 18 yaşında ona ərə gedib.

Ümmü Həbibə Rəmlə binti Əbu Süfyan Qüreyşin lideri sayılan Əbu Süfyanın qızıdır. 30 yaşında peyğəmbərlə evlənmişdi.

Mariyə əl-Qibtiyyə Misir Müqavqisinin hədiyyəsi olaraq gəlmiş., Mədinədə İslam peyğəmbərinin təbliği nəticəsində İslamı qəbul edərək müsəlman olmuş, daha sonra isə Peyğəmbər ilə nikaha girmiş, 1 il sonra isə Məhəmməd peyğəmbərin oğlan uşaqlarından İbrahimi dünyaya gətirmişdir. Misirdən bacısı ilə birlikdə cariyə olaraq göndərildiyinə görə yaşı tam olaraq bilinmir

Məymunə binti Haris də bu siyahıda sonuncudur.

Nəhayət Sevda binti Zəma ilə evliliyindən qısa bir müddət sonra Əbu Bəkrin qızı Aişə ilə nişanlanıb. Aişə ilə sözləndikdən 3 il sonra evlənib.. Aişə Məhəmməd peyğəmbərin bakirə olan yeganə həyat yoldaşı olub.

Bəziləriniz bunları bilirsiniz, bilməyənlər üçün yazdım. Bu qədər qadının içində bircə Aişə bakirə olub. Bu sizə nəyi ifadə edir? Böyük bir qismi bakirəliyin tərəfdarı olan bu cəmiyyət Aişəni niyə söyür? Çox maraqlıdır. Böyük bir qisminin idealı peyğəmbərdirsə, niyə hələ də yaş, bakirəlik, boşanmışlıq kimi şeylərlə uğraşır?

Bəs, niyə "yarım” ifadəsi var? Bir adam mənim yarımdısa, bu kimi şeylər niyə bizə mane olmalıdır?

Bunu da yazım, bitirim.

Qadınlarımızı dindirən kimi dad eləyirlər ki, kişilər bizi həmişə basqı altında saxlayıblar, özlərini üstün görüblər. Kişi-qadın bərabərliyi istəyən, bir növ feministlik damarı tutan bu qadınların əksəriyyəti elə qadınlara, yəni öz həmcinslərinə yuxarıdan aşağı baxan adamlardır. Bunu deyən qadınların əksəriyyəti elə yuxarıda sadaladığım düşüncələrin yiyələridir.

Və mən özümü bu qadınların çoxusundan feminist hesab edirəm...

Xülasə, sözümün canı bu ki, barı peyğəmbəri, islamı əlinizdə oyuncaq eləməyin.

Birini görmədən sevmək olar, amma onu ideal seçmək üçün mütləq ki, həyatını bilməli və onun yaşayış tərzini özünə nümunə götürməlisən.

Əks halda bu saxtakarlıqdan başqa bir şey deyil.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-23
2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK