SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: POLİS SU PAYLADI

  81959   |  
Şriftin ölçüsü  

Bu gün sosial şəbəkədə və bir çox saytlarda ancaq polisin qüsurlarını, neqativ hallarını daha çox qabardırlar. Təbii ki, bütün sahələrdə olduğu kimi, polisin də fəaliyyətində nöqsan və çatışmazlıqlar mövcuddur. Bunu hətta Daxili İşlər Nazirliyinin ən yüksək vəzifəli şəxsləri belə inkar etmirlər. İşdə nöqsanlara yol verən hər il neçə-neçə polis daxili işlər orqanlarından azad edilir, bir çoxlarına şiddətli töhmət, töhmət verilir. Amma gəlin onunla razılaşaq ki, əvvəllər də bu gün də ölkəmizdə ən ağır yük hüquq-mühafizə orqanları arasında polisin çiyninə düşüb. Yəni Azərbaycan polisi Qarabağ müharibəsində nə qədər şücaət göstərib və nə qədər polis əməkdaşı şəhid olub və nə qədər də güllə yarası alıb. Bütün bunlar reallıqdı və buna inanmayan heç azərbaycanlı deyil.

Bu günün özündə də ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və hərəkətin təhlükəsizliyinin təmin edilməsində Azərbaycan polisinin xidmətləri əvəzsizdir. Ölkəmizdə sərt karantin rejimi tətbiq olunandan bu günə qədər demək olar ki, polisin gecəsi-gündüzü yoxdur. Yəni onlar 24 saat bu isti yay günlərində dincəlmədən xidmət aparırlar.

İnanmırsınız, çox yox, Bakı şəhərinə rayonlardan daxil olan 3 yerdə yaradılmış karantin postlarına bir dəfə baş çəkin. Həm Bakı-Qazax, həm Bakı-Quba, həm də Bakı-Şamaxı yolundakı karantin postlarında yol polisinin, çevik polis alayının və eləcə də post-patrul xidməti əməkdaşlarının nələr çəkdiyini bir onların özləri bilir, bir Allah və bir də bu səhnəni görən sürücü və sərnişinlər. Zarafat deyil, bu isti yay günlərində günün altında temperatur müsbət 50 dərəcəyə çatır. Belə bir hava şəraitində xidmət aparmaq olduqca çətindir. Ancaq hava şəraitinin isti olmasına baxmayaraq, onlar hər üç Bakıya daxil olan yoldakı postda xidməti vəzifələrini məsuliyyətlə icra edirlər. Həmin yerdə nə ağac var, nə də digər kölgəlik. Hər hansı sürücü bir dəqiqə maşının sükanı arxasından yerə düşüb söhbət edəndə istiliyə dözməyib tez özünü kondinsionerli avtomobilə salır. Görün, onda o günün altında xidmət etməli olan polislər hansı çətin anlar yaşayırlar.


Aydındır ki, belə bir hava şəraitində işləmək üçün polis əməkdaşlarından fiziki dözüm, sağlamlıq və bir də möhkəm səbr tələb olunur. Bəzən elə olur ki, sürücülər tərəfindən o əməkdaşlar əsəbləşdirilir. Amma xidmət vaxtı da polis əməkdaşları səbrli olaraq hərəkət iştirakçılarıyla mədəni və nəzakət qaydalarına uyğun davranırlar. Sözümün canı heç də o demək deyil ki, biz Azərbaycan polisini tərifləyirik. Sözümün canı odur ki, biz onların müsbət, nümunəvi işlərini çox vaxt görmək istəmirik və bəzən də kiminsə gözündə tük axtarırıq.

Biri qəzaya düşür, heç bir xidmət sahəsi gəlməmişdən polis birinci özünü ona çatdırır. Onu qəzaya düşmüş avtomobildən çıxararaq sakitləşdirir, ilkin tibbi yardım göstərir, sonra da təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salır. Bir başqasının maşını yolda xarab olur, yol polisləri sürücüyə yaxınlaşıb ona kömək göstərir və məlum olur ki, maşında olan hamilə qadının vəziyyəti kritikdir. Yol polisləri xanımı xidməti maşına əyləşdirərək operativ surətdə xəstəxanaya çatdırırlar. Qızın validenləri və qayınatası polisin bu nümunəvi hərəkətini yaddan çıxarmır, övladına polisin adını qoyur. Yaxud başqa bir misal: bacısı rəhmətə getmiş bir xanım Bakıda sərt karantin rejimində küçəyə çıxır, xidmət aparan polislərdən kömək istəyir. Onlar da həmin xanımı xidməti avtomobilə mindirərək yas yerinə çatdırır. Birinin sərt karantin rejimində çörəyi qurtarır, 102 xidmətinə zəng edir, polislər də həmin ünvana çörək alıb aparır və ona verir. Polisin bu nəcib hərəkətinə görə də həmin şəxs onlara öz minnətdarlığını və təşəkkürünü bildirir.

Bu cür epizodların sayını istənilən qədər artırmaq olar. Çox təəssüf ki, sosial şəbəkələrdə ancaq polisin kobudluğu və neqativ hala yol verməsi təbliğ edilir. Bayaq dediyimiz kimi, həmin faktlar da Daxili İşlər Nazirliyi tərəfindən operativ olaraq araşdırılır. Və qanun pozuntusuna yol vermiş polis əməkdaşları məsuliyyətə cəlb edilirlər.

Sərt karantin rejimi ilə əlaqədar olaraq Bakının əksər yerlərində polis postları yenidən fəaliyyətə başlayıb. Postlarda bütün avtomobillər və avtobuslar saxlanılır, sərnişinlərin icazəli olub-olmaması və maska taxması yoxlanılır. Mənim özüm də işə gələrkən ictimai nəqliyyatdan istifadə edirəm. Ən çox 50 nömrəli marşrutla Yeni Günəşlidən metronun "Xalqlar dostluğu” stansiyasına, ordan isə iş yerimə gəlirəm. İşdən evə qayıdarkən yenə həmin marşrutdan yararlanıram. Polis əməkdaşları avtobusda sərnişinləri yoxlayarkən çox nəzakətlə, mədəni davranır və hər bir insana hörmətlə yanaşır. Onlar qanunu pozan sərnişinləri cəzalandırmaqdan çox maarifləndirməyə üstünlük verirlər. Maska taxmayanlara maska taxmağı, icazəsi olmayanlara isə icazə almağı tövsiyə edirlər.

İyunun 24-də isə saat 16:00 radələrində işdən evə qayıdarkən yenidən 50 nömrəli avtobusa mindim. Yeni Günəşlidəki "Araz” marketin yaxınlığındakı polis postunda avtobus saxlanıldı. Bir neçə polis əməkdaşı avtobusa daxil olaraq sərnişinlərin icazəsi olub-olmadığını yoxladılar və hamıya da hörmətlə yanaşdılar. Hava o qədər isti idi ki, adamın ürəyi sıxılırdı. Polis əməkdaşları bunu görüb avtobusdakı sərnişinlərin hamısına soyuq "Sirab” payladılar. Bu anın şahidi olan hər bir sərnişinin sevincindən gözləri yaşardı. Avtobusun salonundakılar hamısı polisləri alqışladılar və "Allah sizi qorusun!” dedilər.

Bax, bu, Azərbaycan polisidir. Ən çətin, ən ağır, ən ekstremial şəraitdə öz dövlətinin, öz xalqının yanındadır. Və öz dövlətinin, öz xalqının yanında olan Azərbaycan polisini hamımız sevməliyik. Ən azından ona görə ki, onlar bayaq dediyimiz kimi, dövlətin ən ağır vaxtında çiyinlərini ən ağır yükün altına verirlər... çiyinlərini ən ağır yükün altına verən Azərbaycan polisi karantin rejimində bu bu isti yay günlərində günün altında 24 saat öz vəzifəsini icra edir. Deməli, azərbaycan polisi həmişə olduğu kimi, bu gün də dövlətə, dövlətçiliyə və xalqımıza namusla, vicdanla, şərəflə xidmət eləyir. Azərbaycan polisi, Allah səni qorusun!!!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-05
2021-08-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 31 24, 17, 10, 03, 01,
June: 26, 24, 22, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK