SON DƏQİQƏ:

Bakıda gənc tanışını ehtiyatsızlıqdan bıçaqlayaraq öldürdü - VİDEO

  30063   |  
Şriftin ölçüsü  

18 yaşlı Çingiz Qədirli kəsilmiş-deşilmiş xəsarətlərlə Respublika Kliniki Xəstəxanasına gətirilib. Həkimlərin yardımına baxmayaraq, o, xəstəxanadaölüb.

Qeyd edək ki, hadisə 2017-ci il dekabrın 20-də saat 22 radələrində baş verib.

Baku.TVxəbər verir ki, həmin gecə 22 yaşlı Mirzağa Məmmədov 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Məlum olub ki, hadisə Binəqədi rayonunun "28 May” qəsəbəsində fəaliyyət göstərən "Köhnə Bakı” kafesində baş verib. İstintaqla müəyyən edilib ki, M.Məmmədov sözügedən kafeni müvəqqəti idarə edib. Cinayət baş verən gün axşam o, obyektdə istirahət edən tanış müştərilərəüzərində gəzdirdiyi cib bıçağını nümayiş etdirib. M.Məmmədov tanışları Ayxan Novruzzadəyə, Zaur Nəcəfova və Çingiz Qədirliyə yaxınlaşıb.

Tanışları bu hərəkətlərinə son qoymağı tələb etdikdə, M.Məmmədov deyilənlərə məhəl qoymayaraq, xuliqanlıq hərəkətlərini davam etdirib. Nəticədə, bıçağın tiyəsi qəflətən açılıb, ehtiyatsızlıqdan Ç.Qədirlinin döş qəfəsinə nüfuz edib. Zərərçəkmiş aldığı xəsarətdən xəstəxanada vəfat edib.

Məhkəmə iclasında M.Məmmədov özünü qismən təqsirli hesab edərək, əməlindən peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan təqsirləndirilən vəzərərçəkmiş şəxslərin hüquqi varisi apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti veriblər.

Bakı Apellyasiya Məhkəməsi isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib və M.Məmmədova 15 il həbs cəzası təyin edib.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK