SON DƏQİQƏ:

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

  13877   |  
Şriftin ölçüsü  

Gürcüstanın Prezidenti Salome Zurabişvilidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu əlamətdar gündə Gürcüstanın güclü tərəfdaşımız olan Azərbaycan Respublikası ilə dostluq və qarşılıqlı faydalı münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulamaq istərdim. Əminəm ki, ölkələrimiz arasındakı sıx əməkdaşlıq əlaqələri xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da dərinləşəcək və güclənəcəkdir.

Bu gün biz qlobal pandemiya ilə üzləşərkən hökumətinizin COVID-19-la mübarizədə göstərdiyi səyləri və əldə edilən uğurları xüsusi vurğulamaq istəyirəm. Mən inanıram ki, ortaq səylərimizlə biz koronavirusun qarşısını ala biləcəyik.

Cənab Prezident, xahiş edirəm Sizə olan ən yüksək ehtiramımla bərabər, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzularımı da qəbul edin".


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK