SON DƏQİQƏ:

Qəribə qrossmeyster

  46715   |  
Şriftin ölçüsü  

Mən bilən özü heç vaxt şahmat oynamayıb. Amma bir vaxtlar şahmat tacına sahib çıxan, həm oyun texnikasına, həm də qəribə davranışlarına görə bu gün də xatırlanan Rober Fişer barədə yazısını necə də ustalıqla qələmə alıb...

O, həmişə belədir, futboldan da, hokkeydən də yazanda, doğma Göyçayın tarixinə ekskurs edib bu gününü təsvir edəndə də, oxucusunun əlindən tutub regionlarımızı qarış-qarış gəzdirəndə də belə yazır. İntellekti, mövzuya bələdliyi, səmimiyyəti ilk abzasdan son cümləyə qədər hiss olunur. Statistik göstəriciləri, faktları şahmat fiqurları kimi dəqiq düzür mətnin içərisinə. Müasir jurnalistikamızın, publisistikamızın qrossmeysterlərindən biridir Məzahir Əhmədzadə. Yəqin elə ona görə də Ali Media Mükafatı laureatı Məzahir Əhmədzadəni bizim "Ədalət" qəzetində təkcə oxumurlar, ondan öyrənir, tədqiq edilər. Ali təhsilimizin flaqmanı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində onun "Uembli arayışı", "Metamorfoz" kitablarından diplom işləri müdafiə olunur.


Millət vəkili, yazıçı, "Ədalət"in böyüyü, dostumuz-qardaşımız Aqil Abbas Məzahir Əhmədzadənin Mətbuat Şurasının tövsiyəsi ilə çap edilən "Uembli arayışı" kitabına yazdığı "Ön söz"də müəllifin publisistikasına yüksək dəyər verir və onun qələminin məhsulu olan yazıları adi jurnalist materialından xeyli yuxarıda durduğuna inanır: "...Məzahirin özü, bütövlüyü onun publisistikasındadır. Publisistika isə jurnalistikadan yuxarıda dayanır. Publisistika yazıçılıqdı. Əhməd bəy Ağayev, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Haqverdiyev, dahi Üzeyir Hacıbəyli... onlar publisistikanı yazıçılıq səviyyəsindən də yuxarı qaldırdılar...

... Məzahir dünyanın böyük şəxsiyyətləri haqqında yazdığı publisist yazılarda da hamının görə bilmədiyi tərəflərdən o insanları açır...

... Məzahirin publisistikasında qəribə bir özünəməxsusluq var. Bir qədər sirli, sehrli, bəzən tuta bilmədiyimiz şeylər var..."

İstedadlı yazıçı-publisist Loğman Rəşidzadə isə Məzahir Əhmədzadənin tanınmış insanlar haqqında qələmə aldığı portret yazıları sevgi məktubu kimi xarakterizə edir: "... Hər türlü inancların sarsıldığı, bayağılığın və arsızlığın at oynatdığı indiki zəmanəmizdə qələmə, yazıya, sözə, yaradıcılığa bu Məzahir inamı, bu inamdan boylanan Məzahir sevgisi hardandır? Onun hər yazısı sevgi dastanıdır, hər biri bir sevgi ömrü yaşayan, sanki öz sevgi yaşı olan sevgi məktublarıdır..."

Bu qəribə qrossmeysterin Aqil Abbas haqqında yazdığı "Dağlar hara söykənsin?", "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncaya həsr etdiyi "Çətin sual", nakam şairimiz Əli Kərimdən bəhs edən "İndi oxuyarsanmı?...", Mahir N.Qarayevə ünvanlanan "Yıxılan aylara kimlər ağlayar?", dünyadan vaxtsız köçən şair Sabir Adili unudulmağa qoymayan "Adilin qardaşı, Alpayın atası", mərhum Ağa Hüseynovu anladan "Yarımçıq ev", mərhum tənqidçi-alim Nadir Cabbarlını yenidən yaddaşlara qaytaran "Onlar... sonbahar vurğunu", Tofiq Abdininin unudulmaz cizgiləri görünən "Sezarın qayıtması", əksər dostlarının xatirəsini yaşadan "Baksovet xatirələri", istedadlı və təvazökar Azər Abdulladan bəhs edən "Azəri deyirəm, Azər Abdullanı", görkəmli fırça ustası Səttar Bəhlulzadə ilə xatirələrinə işıq salan "Əmircanlı dahi"... yazıları həqiqətən də sevgi və sonsuz ehtiramla dopdoludur.


Loğman Rəşidzadə qələm dostunun daha bir özəlliyini qeyd edir: "Məzahir köhnə jurnalistdir. Mərd, dönməz, sözübütöv, peşənin təəssübkeşi və sevdalısı..."

Həqiqətən də Məzahir Əhmədzadə bu gün jurnalistikanın prinsiplərinə, peşə etikasına xələl gətirən hər cür hoqqabazlara qarşı savaş açır. Yaralı ürəyi və qələmi ilə ardıcıl və qətiyyətlə mübarizə aparır. Mətbuatımızın bugünkü vəziyyəti, peşəkarlıq problemlərinə həsr etdiyi silsilə yazıları ilə əslində çoxsaylı jurnalist təşkilatlarının həyata keçirməli olduğu işi təkbaşına görür. Təltif, mükafat gözləmədən.

Ailəsinə, doğmalarına, uzun illər çalışdığı "Ədalət"ə, ətrafındakı dostlara aşırı dərəcədə diqqətli olan mətbuatımızın bu qəribə qrossmeysterinin iyunun ilk günüdə 70 yaşı tamam olur. Həyatın sürprizlərindən, çətinliklərindən heç vaxt qorxmayan, mübarizədən yorulmayan Məzahir dostumuza qələbə sevincləri arzulayırıq.

Axı qrossmeysterlər həmişə qalib gəlməyi sevir...

Etibar Cəbrayıloğlu


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-20
2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK