adalet.az header logo
  • Bakı -°C
22 Oktyabr 2026 13:42
83
GÜNDƏM
A- A+

Xocalı və Ağdərəyə daha 44 ailə yola salınıb

Xocalı və Ağdərə rayonlarının ümumilikdə 7 yaşayış məntəqəsinə daha 44 ailə yola salınıb.

Adalet.az-ın məlumatına görə, Xocalı şəhərinə və rayonun Badara, Ballıca, Daşbulaq, Xanyurdu, həmçinin Ağdərə rayonunun Vəngli və Heyvalı kəndlərinə növbəti qayıdış həyata keçirilib.

Bu mərhələdə Xocalı şəhərinə 4 (23 nəfər), Ballıcaya 5 (27 nəfər), Badaraya 3 (7 nəfər), Daşbulağa 1 (2 nəfər), Xanyurduna 2 (5 nəfər), Vəngliyə 6 (29 nəfər), Heyvalıya isə 23 ailə (83 nəfər) olmaqla ümumikildə 44 ailənin (176 nəfər) daimi qayıdışı təmin olunub.