adalet.az header logo
  • Bakı -°C
22 Oktyabr 2026 11:59
71
İDMAN
A- A+

Mbappe mükafatını komanda yoldaşına vermək istədi - VİDEO

“Real”ın ulduzu Kilian Mbappe “Leytspiq”ə 4:1 hesabı ilə qalib gəldikləri matçda qazandığı mükafatı komanda yoldaşı Yan Diomandeyə vermək istəyib.

Adalet.az xəbər verir ki, o, Çempionlar Liqasında qələbə qazandıqları matçın ən yaxşısı seçilib.

Qarşılaşmadan sonra isə fransalı ulduza mükafat təqdim olunub. O, isə paltardəyişmə otağına yollanan tunelə girərkən mükafatı matçda qol vuran Yan Diomandeyə uzadıb. Komanda yoldaşı isə gülümsəyərək mükafatdan imtina edib.