SON DƏQİQƏ:

Azərbaycanlı kişiləri bəyənməyən model Günay: ”Taha məni və oğlumu döyür...”

  44164   |  
Şriftin ölçüsü  

Müsahibələrində "Azərbaycanlı kişilərlə sevgili ola bilmərəm, onlar ucuz, yüngül qızları sevirlər və yanlarında daha rahat olurlar. Bizim bəzi kişilər çox kaprizlidir, onların xasiyyətini anlamıram. Azərbaycanlı kişi ilə nəinki evlənmərəm, heç sevgili belə, olmaram” deyən tanınmış model Günay Musayeva ilə qeyri-azərbaycanlı olan keçmiş sevgilisi arasındakı problemlər bitmək bilmir. İş adamı Taha Tatlıcı modellə uzun müddətdir qalmaqal yaşayır. 

Qalmaqala səbəb sevgilinin modelə şiddət göstərməsi olub. Bu səbəblə gündəmə gələn cütlük yenidən polis bölməsinə yollanıblar. Yeri gəlmişkən, ötən ilin elə bu ayında mübahisə əsnasında Taha Günayı və onun oğlunu döyüb və buna dözməyən Musayeva bıçağa əl atıb.

Taha Tatlıcı modeli məhkəməyə verib. Artıq cinayət işi başlanılıb. Musayeva ifadəsində deyib:

"Taha çox əsəbi idi. Oğlumu döydü. Oğlumu və özümü qorumaq üçün bıçağı alıb qarşısına keçdim. Mənə hücum etdi və bıçaq ona batdı. Mən özümü qorumuşam".

Hazırda prokurorluq Günayın 2.5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir. Taha isə modeli və oğlunu döyməsi ilə bağlı iddialara açıqlama verməyib.



Günay Tahanın onu döydüyünü və təhdid etdiyini söyləyərək şikayət ərizəsi yazıb. Gunayın onun haqqında 1 aylıq uzaqlaşdırma qərarı çıxartdırsa da, Tatlıcı həmin 1 ay başa çatan kimi yenidən Günayın evinə gedib.

Adalat.az xəbər verir ki, yenidən iddialar başlayıb...Beləki, Musayeva qapını döyən və onu təhdid edən Tahadan xilas olmaq üçün qonşulardan yardım istəyib. Gizlicə evdən çıxan model polisə gedib. O, iş adamına qarşı şikayət ərizəsi yazıb. Polis qərarı ilə Taha yenidən Günayın ətrafından uzaqlaşdırılıb.

Qeyd edək ki, bundan əvvəl də Taha Tatlıcının Günay və oğluna şiddət göstərdiyi xəbərləri yayılmışdı. Günay aktyor Tolqa Karellə ailəli olub. Cütlük 2015-ci ildə boşanıb.

Böyüklər nə demişlər, elini ürküt, axsağından yapış...

Əntiqə Rəşid


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK