“Biganəlik bəzən zorakılığın özü qədər ağır nəticələr doğurur”
“Bu yaxınlarda başqa bir ölkədə fəaliyyət göstərən qadın sığınacağının yardım çağırışı ilə qarşılaşdım. Paylaşımda qadınlara dəstəyin azlığından, cəmiyyətin biganəliyindən və sığınacağın üzləşdiyi çətinliklər əks olnurudu. Uzun illərdir qadınlara dəstək göstərən, onların həyat hekayələrini dinləyən, bəzən ən ağır talelərinə şahidlik edən biri kimi bu çağırış mənə çox tanış gəldi. Mən qadınları ideallaşdırmıram”.
Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
O, bildirib ki, qadın olmaq insanı avtomatik olaraq haqlı, qüsursuz və ya nümunəvi etmir:
“Qadınların da yanlışları, zəiflikləri, bəzən qəbul edilməsi çətin olan davranışları var. Bütün buna baxmayaraq mənim dəyişməyən bir prinsipim var. İnsanı yalnız davranışına görə qiymətləndirmək, onu həmin davranışa gətirən həyat şəraitini, münasibətləri görməmək bəzən böyük ədalətsizlikdir. Bəzən zəng vuran deyir ki, kömək edin mən başqa yol seçmək istəmirəm. Yəni deməyim oldur ki, hər müraciət də dəstəklə bitirmi? İctimai düşüncədə qadın dözümlü, bütün çətinliklərə mətn dayanan, özünü fəda edən və s obraz olmalıdır. Amma nəzərə alaq ki, hazırkı dövrdə heç kişilər əvvəki xüsusiyyətlərini qoruyub saxlaya bilmirsə biz niyə yalnız qadınları ittiham edirik. Sözümü nəyə gəitirirəm. Pislədikcə daha pis obrazlar ortaya çıxır. Deyilən mənfi fikirlər, üzlərdəki abırı silib aparır və alışqanlıq yaradır. Çoxluq tərəfdən daimi tənbeh edilənlər buna alışdıqca davranış daha təhlükəli olur... Mühakimə etməkdənsə, 5 dəqiqə vaxt ayırıb dinləmklə dəstək göstərin”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Noyabr 2026 10:53
Baş nazirin müavini kimi ilk dəfə COP31-də çıxış etdi
12 Noyabr 2026 00:10
Azərbaycanda Konstitusiya Günüdür
11 Noyabr 2026 20:21
Leyla Əliyeva Azərbaycan pavilyonunda - FOTOLAR
11 Noyabr 2026 19:27
"Göy məsciddə şou düzənləmək heç kəsə başucalığı gətirə bilməz" - BƏYANAT
11 Noyabr 2026 17:49
Mehriban Əliyeva ilə Əminə Ərdoğan bir arada - FOTOLAR
11 Noyabr 2026 17:04
9 istiqamətdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
11 Noyabr 2026 16:24
Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
11 Noyabr 2026 16:20


Bakı -°C

