SON DƏQİQƏ:

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir

  10985   |  
Şriftin ölçüsü  

Naxçıvan Qarnizonu Qoşunlarında ərazidə iki tərəfli komanda-qərargah təlimi davam edir.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, təlimin rəhbəri, Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev tərəfindən təlimə əlavə qüvvələrin cəlb edilməsi ilə əməliyyat şəraiti qərargahlar üçün daha da mürəkkəbləşdirilib.

Komanda məntəqələri arasında informasiya mübadiləsinin bütün növ rabitə vasitələrinin kompleks tətbiqi ilə təmin edildiyi təlimdə rabitə vasitələrinin aktiv radioelektron mübarizə şəraitində istismarı sınaqdan keçirilir.

Qarşı qərargahlar tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq ümumqoşun, raket-artilleriya, hava hücumundan müdafiə və digər qoşun növü bölmələri yerdəyişməni, kəşfiyyat və xüsusi təyinatlı bölmələr isə cəmləşmə və açılma rayonlarında diversiya-təxribat xarakterli fəaliyyətləri icra edirlər.

Güc və qüvvələrin bir istiqamətdən digərinə küçürülməsi zamanı qoşunların təhlükəsiz hərəkəti komendant xidməti tərəfindən təmin edilir, bölmələrin manevretmə qabiliyyətləri və aparılan hesabatların reallığı yoxlanılır.

Komanda-qərargah təlimi mayın 22-dək davam edəcək.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK