SON DƏQİQƏ:

KORONANIN DÜŞÜNDÜRDÜKLƏRİ - Seyfəddin Altaylı yazır

  60566   |  
Şriftin ölçüsü  

"Ən mükəmməl ədalət vicdandır”.

Victor Hugo


Çindən yayılan korona virus silahsız-sursatsız dünyanı əsir elədi, həm də nə əsir...

Bu olay yaranandan bəri deyilə bilər ki, hər gün düşündüm, düşünürəm. Bu bəla görəsən insanlığı, niyə insanlıq deyirəm ki, zalımları, qansoran kaftarları mənəvi yöndən narahat edəcəkdirmi, onları bir an üçün də olsa əlbətdə varsa, vicdanlarının səsinə qulaq asıb indiyə kimi gördükləri əməllərin pis olduğunu fikirləşməyə vadar edəcəkdirmi, öz-özlərini danlayacaqlarmı, təkrarən bu cür zalımlıqları edəcəklərmi! Düzünü deyim heç ümidim yoxdur!

Birinci və İkinci Dünya müharibələrini çıxaranlar, on milyonlarla insanı vəhşicəsinə qətlə yetirənlər, milyonlarla ocağı söndürənlər, işlədikləri bu cinayətlərin bəşər əxlaqına zidd olduğunu əsla fikirləşmədilər. Fikirləşsəydilər, Birincidən dərs alar və İkinci Dünya Müharibəsi yaranmazdı. Hər iki hərb də ancaq müstəmləkəçilik uğrunda yeridilən siyasətlərlə başladı və nəticədə milyonlarla uşaq yetim və ögsüz, milyonlarla gəlin dul, milyonlarla gənc nakam qaldı. Bunlara səbəb olanlar yalnızca bir şeyi fikirləşdilər, daha çox müstəmləkə, daha çox soyğun, daha çox qan?!…

Amerikanın məxfi təşkilatı dünyanın harasında ağcaqanad uçsa ondan xəbərdardı, ancaq nə hikmətdirsə, əkiz qüllələrin təyyarələrlə yerlə yeksan edildiyi olaydan xəbər tuta bilmədi! Buş günah keçisini o saat tapdı.

Səddamın əlində nüvə silahları vardı, o terroristdi və İraq xalqı diktatura ilə idarə edilirdi. İraq xalqı azad edilməliydi. 20 Mart 2003-cü il tarixində general Tommy Franksın rəhbərliyindəki vəhşi Amerika ordusu "İraqı azad etmə" adıyla ölkəni işğala başladı. Gecələri partlayan bombalara baxıb sevinən amerikalı jurnalistlər "Bizimkilər atəşfəşanlıq edir!" - deyə göylərə tullanırdı.

Təqribən qırx xristian ölkəsi Amerikaya dayaq oldu, onları dəstəklədi. İraqın şimalında yaşayan yazıq kürdlər duza getməyə başladılar.

Onlar zənn etdilər ki, Amerika onlara dövlət yaradacaq, hər şeylərində azad olacaqlar, digər kürdləri də birləşdirib böyük bir dövlətə çevriləcəklər!!! Kabab iyinə getdilər, ancaq gördülər ki, eşşək dağlanır.

Çünki qərblilər tezliklə yüyürüb Bərzani və Talabani tayfalarının olduğu yerlərdə buruqlar vurub nefti daşımağa başladılar. Bilmirəm, bunlar vəhşi imperiyanın bir oyuncağı olduğunu başa düşdümü!

Qərbin kaftarları İraqa doluşdu, muzeylər, evlər, insanlar qarət edilməklə bitmədi, milyonlarla müsəlman ərəbin namusuna toxunuldu. Mövhum olan müsəlman dünyası isə çadranı başına çəkib qulaqlarına pambıq təpdi, nə zorlanan yazıq qadınların naləsini eşitdi, nə söndürülən ocaqlar üçün səsini yüksəltdi.

Allahın ən sevimli qulu Hz. Məhəmmədə olmazın işgəncələri edən, onun əhli-beytinə hər cürə alçaqlığı rəva görən ərəb dünyası, güclü Amerikanın qarşısında siçana döndü, onlar nə dedilərsə, nöqsansız yerinə yetirdilər, neçə-neçə bazalar qurmalarına imkan yaratdılar.

Sonra ayrı bir müstəmləkəçi Rusiya işə daxil oldu. Hələ Sovetlər Birliyi dövründən əlaqə yaratdığı Suriyada Əsəd rejiminə özünü dəvət etdirdi, eynilə bir vaxtlar Qırmızı ordunu ölkəsinə dəvət edən Babrak Karmallar və... kimi... Rus ordusu gedib Suriyada yerləşdi, ancaq Suriyanın İsrail tərəfindən vurulmasına əsla səsini çıxarmadı, Əsədin öz xalqından milyonlarla insanı həlak etməsinə nəinki səs çıxardı, rus qüvvələri onlardan da artıq yazıq Suriyalı ərəblərin başına bomba yağdırdı, şəhərlərini, kəndlərini yerlə yeksan etdi. Ruslara görə dinc ərəblər terrorist idi?!

Deməyə nə hacət, bu kaftarların xisləti belədir, bunlar insan qanıyla bəslənən vampirlərdir. Qulaq asdıqları musiqi də zorlanan qadınların hayqırtısı, atası-anası gözünün qabağındaca güllənənən, başı kəsilən uşaqların naləsi, öz od-ocağından didərgin düşüb ah-naləsi ərşə çatan insanların fəryadıdır.

Birdən Çində bir virus törədi və bu gözə görünməyən varlıq həmin imperialistlərin ölkəsinə hücum çəkdi, qurunun oduna yaş da yanar misalı günahı olmayan ölkələrə də, Türkiyə, Azərbaycan və bunlar kimi ölkələrə də yoluxdu.

Kainatın gözü qabağında kaftarlar Əfqanıstanda, İraqda, Suriyada, Afrikada, Yəməndə milyonlarla ocaqları söndürərkən kara, kora, lala dönən xristian dünyası birdən oyandı və virusun səbəb olduğu ölümlərə çarə tapmaq üçün canfəşanlıq etməyə başladı.

İşğala uğramış bölgələrdən milyonlarla insanın qanını töküb ocaqları söndürənlər özlərindən 15-20 min insan cəhənnəmə vasil olan kimi virusun bəşəriyyəti məhv etdiyini anlamağa başladı. Demək onlara görə insan yalnızca xristianlardır, bu vampirlərin vətəndaşlarıdır. Onlara görə, BMT və onun yançı qurumlarından ancaq öz mənafeləri üçün istifadə edən bu dövlətlərin vətəndaşları insandır, digərləri isə insana oxşayan varlıqlardır. İşğala uğramış Əfqanıstanda, Suriyada, İraqda, Yəməndə ocağı dağıdılan insanlar Avropaya getmək üçün Ağdənizi, Egəni keçməyə çalışdılar. Minlərlə qadın, uşaq, qoca dənizdə qərq olub dünyasını dəyişdi, bəzilərinin meyidi sahillərə vurduqda bəşəriyyət dinmədi. Yunanıstandan keçib Avropaya getmək istəyənləri Yunan dövləti güllələdi, bombaladı, vaxtı keçmiş və yasaqlanmış qaz bombalarını təpələrinə yağdırdı, İtaliya dənizdəcə onların qabağını kəsdi. Avropa Birliyi o saat yığışıb Yunanıstana milyarda yaxın avro məbləğində köməklik yolladı, kürəyinə əl çəkib "əhsən!" - dedi. Merkelin bəyanatını xatırlayaq...

Türkiyə 1993-cü ildən bəri ölkəyə sığınan məzlum ərəblərə, kürdlərə 40 milyard dollardan artıq pul xərclədi. Avropa Birliyi isə söz verdiyi halda, NATO-da müttəfiqi olan Türkiyəyə yardım etmək bir tərəfə ağılsız kürdləri qışqırdıb İsrailin forpostu olacaq dövlətin qabağını Afrin, Barış Çeşməsi kimi hərəkatlarla kəsdiyindən Türkiyəni qınadı, çünki onlar bu dövləti yaratmağın, İranı, sonra da Türkiyəni bölüb parçalamağın və buralardaki sərvətlərin soyulmağını fikirləşirdilər ancaq. Bütün bunlar xristianların insanla, insanlıqla bağlı xarakterinin iç üzünü açıb ortaya tökür.

Milyonlarla iraqlı, suriyalı, əfqanıstanlı, yəmənli vəhşicəsinə qətlə yetirilərkən tükünü tərpətməyən bu məxluqatlar özlərindən yüz minə ancaq çatmış insan o dünyalıq olunca birdən oyandılar, çünki iynənin ucu bir balaca özlərinə toxundu.

Bəs, Çinə 18-ci yüzillikdən bəri işğal etdikləri Şərqi Türküstanda əgər yüzillər boyu soyqırım törətməsəydi, bu gün Uyğur Türklərinin sayı 100 milyonu ötərdi. Çinin əsarətində bu gün düşərgələrdə, dustaqxanalarda minlərlə uyğur soydaşımız işgəncələr altında nalə çəkməkdədir. Bir sözlə, Çin ilə nə Amerikanın, nə Rusiyanın, nə İngiltərənin, nə Fransanın nə də digərlərinin hər hansı fərqi yoxdur.

"Pisliyin əvəzi misli ilə pislikdir. Hər kim haqsızlığa məruz qaldıqda ona haqsızlıq edəni bağışlayarsa, Allah onun mükafatını verər.

Şübhəsiz ki, Allah zalımları sevməz. "Şura” surəsi 40".


Seyfəddin Altaylı,

Ankara,

altaylı[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK