SON DƏQİQƏ:

Alimlər koronavirus peyvəndini öz bədənlərində sınayıblar - İDDİA

  7590   |  
Şriftin ölçüsü  

Rusiyadakı N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq güman edir ki, bəzi rusiyalı alimlər artıq koronavirus peyvəndini öz bədənlərinə yeridərək, sınaqdan keçiriblər.

"İzvestiya” xəbər verir ki, mütəxəssisin sözlərinə görə, tədqiqatçılar tez-tez belə təxribatçı üsula əl atırlar:

"Onlar hazırladıqları preparatları ilk olaraq öz bədənlərinə yeridirlər. Ola bilsin ki, yaxın qohumlarını da bu işə cəlb edirlər və ixtiralarının effektivliyinə arxayın olmaq istəyirlər. Bununla belə, preparatların rəsmiləşdirilməsi və kütləvi istehsalı üçün belə təcrübələrin heç bir əhəmiyyəti yoxdur”.

A.Gintsburq əlavə edib ki, peyvəndin prototipini öz üzərində sınaqdan keçirmək həvəsi çox böyük olur, lakin bu üsula əl atan alimlər əksər hallarda həmin hərəkətlərini açıqlamaqdan çəkinirlər.

Alim son olaraq bildirib ki, böyük ehtimalla, koronavirus əleyhinə peyvənd Rusiyada yayın sonlarına yaxın rəsmi qeydiyyatdan keçiriləcək.(oxu.az)


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK