Gürcüstan və Azərbaycan rəqəmsal icazələrin tətbiqinə başladı
Gürcüstan və Azərbaycan beynəlxalq avtomobil yükdaşımaları üçün rəqəmsal icazələrin verilməsi və mübadiləsi prosesinə uğurla başlayıblar.
Adalet.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyin məlumat yayıb.
Bildirilib ki, beynəlxalq yük daşımaları ilə məşğul olan gürcü daşıyıcıları, Türkiyədə olduğu kimi, Azərbaycanda da icazələrin elektron formatından istifadə edəcəklər. Oxşar yenilik 2026-cı ilin iyul ayının əvvəlində Türkiyədə də tətbiq edilib.
Nazirliyin Quru Nəqliyyatı Agentliyinin direktoru Bakur Mikadze deyib ki, rəqəmsal sistem daşımalarla bağlı inzibati prosedurları əhəmiyyətli dərəcədə sadələşdirir, sürətli və təhlükəsiz məlumat mübadiləsini təmin edir, texniki maneələri və kağız sənədləşmə ehtiyacını azaldır, beynəlxalq avtomobil yükdaşımalarının idarə olunması üçün müasir, şəffaf və səmərəli mexanizmlər yaradır.
Onun sözlərinə görə, icazələrin elektron formatda verilməsi və monitorinqi prosesi xeyli sürətlənir və beynəlxalq daşıma əməliyyatlarının səmərəliliyini artırır.
İkitərəfli əməkdaşlığa əsaslanan rəqəmsal icazə sistemi Gürcüstan və tərəfdaş ölkənin icazə sənədlərinin mübadiləsi və idarə olunması üçün vahid elektron sistemdən istifadəsini təmin edir.
Effektiv Gürcüstan-Azərbaycan danışıqları nəticəsində 2026-cı ilə qədər hər növ icazə sənədinin 1000 elektron forması mübadiləsi aparılıb və 2027-ci il üçün rəqəmsal formata tam keçid planlaşdırılır.
Agentlikdən bildirilib ki, bu yeniliklər və imkanlar beynəlxalq yol nəqliyyatı sektorunun inkişafına töhfə verəcək, nəqliyyat əməliyyatlarını sadələşdirəcək və Gürcüstanın regional tranzit mərkəzi kimi rolunu daha da gücləndirəcək.
Digər Xəbərlər
08 Avqust 2026 13:46
Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərildi - YENİLƏNİB
08 Avqust 2026 12:00
“İlham Əliyev Azərbaycan üçün xarici siyasətin son 200 ildə olmayan bir memarıdır”
07 Avqust 2026 16:51
Azərbaycanın ABŞ-a ixracı 38 faiz artıb
07 Avqust 2026 16:15
Maliyyə Nazirliyi 10 dövlət müəssisəsi ilə bağlı Prezidentə hesabat verdi
07 Avqust 2026 11:51
Qızıl və gümüş bahalaşdı
07 Avqust 2026 11:00
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA - VİDEO
07 Avqust 2026 10:48
“Bu Ermənistanda konstitutsiya dəyişikliklərin nə zaman reallaşacağından asılı olacaq...”
06 Avqust 2026 12:05


Bakı -°C

