adalet.az header logo
  • Bakı -°C
22 Iyul 2026 07:38
80
İDMAN
A- A+

“Fənərbaxça”dan ÇL-də minimalhesablı qələbə

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Türkiyə təmsilçisi “Fənərbaxça” doğma meydanda Polşanın “Qornik Zabrze” klubunu qəbul edib.

Adalet.az xəbər verir ki, İstanbul təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edərək, cavab qarşılaşması öncəsi üstünlük qazanıb.

“Çobani” stadionunda keçirilən görüşə ehtiyatlı başlayan “sarı-göylər” ilk dəqiqələrdə qol vəziyyətləri yaratmaqda çətinlik çəkiblər. Komandanın üstünlüyü 37-ci dəqiqədə Anderson Taliskanın cərimə zərbəsindən vurduğu baxımlı qolla öz bəhrəsini verib. İlk hissə meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb.

Fasilədən sonra “Fənərbaxça” hücumlarını artırsa da, yaratdığı imkanları dəyərləndirə bilməyib. Komanda fərqi artırmağa yaxın olsa da, matçın sonuna qədər hesab dəyişməyib.