“Azərbaycanın Almaniya üçün artan əhəmiyyəti də məhz bu kontekstdə qiymətləndirilməlidir”
“Prezident İlham Əliyevin Almaniyaya səfərinin əsas nəticələrindən biri "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə"nin imzalanması oldu”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, bu sənəd Azərbaycan-Almaniya əməkdaşlığı yeni mərhələyə daxil olması kimi də qəbul edilə bilər:
“Söhbət artıq yalnız enerji sahəsindən getmir. Bəyannamədə ticarət, investisiyalar, yaşıl enerji, hidrogen, nəqliyyat və infrastruktur, müdafiə sənayesi, elm, texnologiya, innovasiya, rəqəmsal transformasiya, sənayenin modernləşdirilməsi, təhsil və birgə tədqiqat layihələri əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyən edilib. Xüsusilə diqqət çəkən məqamlardan biri müdafiə sənayesində əməkdaşlığın ayrıca bənd kimi sənədə daxil edilməsidir. Eyni zamanda, sənaye modernləşdirilməsi, rəqəmsal transformasiya və inkişaf edən texnologiyalar üzrə əməkaşlığın nəzərdə tutulması Almaniyanın texnoloji potensialı ilə Azərbaycanın inkişaf prioritetlərinin üst-üstə düşdüyünü göstərir. İqtisadi baxımdan bu kifayət qədər əhəmiyyətli mesajdır”.
İqtisadçı bildirib ki, Azərbaycan üçün əsas hədəf Almaniya kapitalının həcmini artırmaqdan daha çox, alman texnologiyalarını, sənaye təcrübəsini, innovativ istehsal modellərini və yüksək əlavə dəyər yaradan investisiyaları ölkəyə cəlb etməkdir:
“Bu istiqamətdə atılacaq addımlar qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə uzunmüddətli töhfə verə bilər. Bəyannamədə diqqət çəkən başqa bir məqam da əməkdaşlığın uzunmüddətli strateji məzmun daşımasıdır. Bu, təsadüfi deyil. Almaniya iqtisadiyyatı son illərdə həm sənaye rəqabət qabiliyyətinin qorunması, həm ixtisaslı işçi qüvvəsi çatışmazlığı, həm də yeni investisiya və istehsal platformalarının formalaşdırılması kimi çağırışlarla üz-üzədir. Digər tərəfdən, Angela Merkel dövründə Rusiyaya əsas enerji resursu mənbəyi kimi yanaşılması və etibarlı tərəfdaş amilinin kifayət qədər nəzərə alınmaması sonradan Almaniya üçün ciddi problemlər yaratdı. Xüsusilə "Şimal axını" layihələri ətrafında yaşanan proseslər (partlayış, yarımçıqlıq) Almaniyanın iqtisadi və enerji siyasətində yeni yanaşmanın formalaşmasına səbəb oldu. Bu gün Almaniya resurslara malik ölkələrlə yanaşı, etibarlı, sabit və uzunmüddətli tərəfdaşlarla əməkdaşlığa daha çox önəm verir. Hesab edirəm ki, Azərbaycanın Almaniya üçün artan əhəmiyyəti də məhz bu kontekstdə qiymətləndirilməlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Iyul 2026 10:06
Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edildi
20 Iyul 2026 23:15
Gürcüstan və Azərbaycan rəqəmsal icazələrin tətbiqinə başladı
20 Iyul 2026 12:50
"Bu məhsulların idxalı 34 faiz azalıb"
18 Iyul 2026 09:02
Neftimiz bahalaşdı
17 Iyul 2026 11:07
“Müharibə və pandemiya belə biznes olduğu halda peşəkar futbol niyə biznes olmasın ki?”
16 Iyul 2026 13:27
“AzerGold” QSC vətəndaşlara çağırış etdi
15 Iyul 2026 17:52
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,6 milyard dolları ötüb
15 Iyul 2026 15:22


Bakı -°C

