Könüllülər Ədəbiyyat Muzeyinin Aran filialında oldular
17 iyul 2026-cı il tarixində rayon Gənclər Evinin könüllüləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında olublar.
Filialın müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı könüllüləri salamlayaraq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və muzeyi Xaqani Şirvani adına Aran Regional filialı haqqında ətraflı məlumat verdikdən sonra, filialın əməkdaşları Azərbaycanın mədəni irsi, klassik ədəbiyyatımız barədə ziyarətçilərə maraqlı məlumat verdilər, onları müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış etdilər.
Könüllüləri maraqlandıran suallar muzey əməkdaşları tərəfindən cavablandırıldı və onlar böyük həvəslə muzeydə xatirə şəkilləri çəkdirdilər, rəy və təkliflər kitabına ürək sözlərini yazdılar.
Könüllülər muzeyin ekspozisiya ilə ətraflı tanışlıqdan məmnun qaldıqlarını bildiriblər.
Digər Xəbərlər
06 Avqust 2026 14:07
Əbülfət Mədətoğlu: Bir də mən...
06 Avqust 2026 10:58
“Müsəlman olmaqla ərəb millətçisi olmaq fərqli düşüncələrdir”
05 Avqust 2026 13:07
“Rəmiş” dastanı - Tural Cəfərov yazır
05 Avqust 2026 13:05
KƏRƏM VƏ ƏSLİ - Qafar Cəfərli yazır
05 Avqust 2026 12:08
BÜTÜN DİNLƏRİN VƏ FƏLSƏFƏNİN ORTAQ MƏFHUMU SEVGİDİR
05 Avqust 2026 11:32
Əbülfət Mədətoğlu: Dünənlə söhbətin ŞEİRİ
05 Avqust 2026 11:26
“Tarix istəyirdi ki, öz yalanı ilə muzeydə məni də xamlasın”
04 Avqust 2026 11:23


Bakı -°C

