adalet.az header logo
  • Bakı -°C
21 Iyul 2026 17:07
106
MƏMLƏKƏT
A- A+

Sərxoş sürücülər böyük təhlükə mənbəyidir!  

Bütün hallarda yol hərəkəti qaydalarının pozulması digər hərəkət iştirakçıları üçün təhlükə törədir. Ona görə də yol polisi, o cümlədən Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi paytaxtımızda hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Heç kimə sirr deyil ki, hələ də bəzi sürücülər sükan arxasında məsuliyyətsizlik edərək  tez-tez qəza şəraiti yaradır

.Bu isə bir çox halda ölüm və xəsarəalma halları ilə nəticələnir! Paytaxtın bütün küçə və prospektlərində belə hallara qarşı mütəmadi olaraq profilaktik işlər görülür. Bu mənada Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin 5-ci tağımının gördüyü işlər diqqətəlayiqdir. Belə ki, tağım əməkdaşları dövlət tədbirlərində hərəkətin təhlükəsizliyini təmin etməklə yanaşı, sürücülərin maarifləndirilməsini də heç vaxt unutmur. Başqa sözlə demiş olsaq, hava şəraitinin isti və soyuq keçməsindən asılı olmayaraq onlar xidmət apardıqları küçə və prospektlərdə sürücülərə lazımi köm köməklik edir, hərəkətin təhlükəsizliyini tənzimləyir və hərəkət iştirakçıları ilə səmimi münasibətlər qurur.

Dayanma və durma qaydalarını pozanlar , avtobus dayanacaqlarında avtomobili saxlayanlar, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edənlər, əks istiqamətdə hərəkət edənlər məsuliyyət cəlb olunurlar. 5- ci tağımın komandiri polis mayoru Nurlan Əliyev çox bacarıqlı, peşəkar, tələbkar  və ciddi bir zabitdir. O deyirki, bizim əsas xidmət etdiyimiz küçə və prospektlərdə hərəkətin təhlükəsizliyini təmin etməkdir. Heç şübhəsiz ki, hərəkətin təhlükəsizliyi yüksək səviyyədə təmin ediləndə yol- nəqliyyat hadisələrinin də baş vermə ehtimalı azalır. İlk növbədə kobud qayda pozuntularına qarşı sərt mübarizə tədbirlərimiz var.

Sükan arxasında spirtli içki qəbul edib, nəqliyyat vasitələrini idarə edən sürücülər aşkar edilərək əməkdaşlarımız tərəfindən saxlanılır! Növbə ərzində belə sürücülərə qarşı sərt tədbirlər görülür! Hər bir sürücü sükan arxasında əyləşəndə düşünməlidir ki, o, digər nəqliyyat vasitələri üçün təhlükə yaratmamalıdır. Təəssüf ki, biz çox vaxt bunun əksini görürük. Yaxud da yolda qəza olanda ona kömək etmək əvəzinə , bir çox sürücülər avtomobili saxlayıb qəza yerinə baxır, bu isə tıxacın yaranmasına səbəb olur. Ona görə də birmənalı olaraq bir daha bütün sürücülərə tövsiyə edirik ki, sükan arxasında diqqətli olsun və digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmasınlar!

Emil FAİQOĞLU