Hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən gənc saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müxtəlif hüquqi şəxslərə məxsus biznes hesablarına xüsusi proqram təminatları vasitəsilə qanunsuz müdaxilə edilərək pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.
Adalet.az xəbər verir ki, keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Zakir Nəhmədov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, Z.Nəhmədov xüsusi proqram təminatları hazırlayaraq müxtəlif MMC-lərə məxsus biznes hesablarına aid identifikasiya məlumatlarını ələ keçirib. Daha sonra həmin məlumatlardan istifadə etməklə biznes hesablarına giriş üçün elektron təsdiq sorğuları göndərib.
Sorğuların göndərilmə mənbəyi yoxlanılmadan onlar təsdiqlədikdən sonra Z.Nəhmədov hesablara qanunsuz giriş əldə edərək orada olan pul vəsaitlərini ələ keçirib. Sonradan o, cinayət yolu ilə əldə etdiyi vəsaitlərin mənbəyini gizlətmək və “iz” itirmək məqsədilə həmin pulları kriptovalyutaya çevirərək leqallaşdırıb. İlkin araşdırma zamanı Z.Nəhmədovun zərərçəkmişlərə 100 min manatdan artıq ziyan vurduğu məlum olub.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
“Bir daha vətəndaşlara və sahibkarlıq subyektlərinə müraciət edərək bildiririk ki, identifikasiya məlumatları, internet bankçılığı və digər elektron ödəniş vasitələri ilə bağlı daxil olan sorğuların mənbəyini yoxlamadan təsdiqləməsinlər. Heç bir halda giriş məlumatlarını, təsdiq kodlarını və elektron imza məlumatlarını üçüncü şəxslərlə paylaşmasınlar. Şübhəli sorğular və keçidlər, həmçinin hesablarla bağlı naməlum əməliyyatlar müşahidə etdikdə dərhal xidmət göstərən banka və polis orqanlarına məlumat versinlər. Unutmaq olmaz ki, təsdiq edilən hər bir elektron sorğu hesablarınız üzrə maliyyə əməliyyatlarının həyata keçirilməsinə zəmin yarada bilər”-deyə DİN vətəndaşlara səslənib.
Digər Xəbərlər
07 Avqust 2026 18:01
KMBİ əməliyyat keçirdi - VİDEO
07 Avqust 2026 17:22
Lənkəranda bankomat fırıldağı: 7 nəfərin pulunu oğurlayan şəxs saxlanıldı
07 Avqust 2026 12:18
Bir gündə 55 cinayət açıldı
07 Avqust 2026 12:06
1 tondan artıq çətənə kolu məhv edildi
06 Avqust 2026 19:33
Yeniyetmənin “iPhone”unu əlindən alıb 20 Yanvarda satdı - Video
06 Avqust 2026 09:47
Gəncədə restoran qarşısında kütləvi dava: 1 nəfər öldü, 3 nəfər yaralandı
05 Avqust 2026 14:13
Ədliyyə və DİN-dən birgə əməliyyat - Məhkumun gizlətdiyi silah üzə çıxdı - FOTO
05 Avqust 2026 13:23


Bakı -°C

