SON DƏQİQƏ:

Azərbaycanda kazinolar açılacaq? - SORĞU

  12914   |  
Şriftin ölçüsü  

Millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanda turizmin inkişafı üçün regionlarda kazinoların yaradılmasının labüd olduğunu bildirib. Bu məsələyə müxtəlif yanaşmalar var.

Mehman Cavadoğlu hesab edir ki, insan qazandığı pulu xərcləmək məsələsində azaddır. Kazinaloranın olmamasına görə dövlət olaraq həm pullardan, həm də turistlərdən məhrum oluruq:



"Turistlər getdiyi yerlərdə müxtəlif əyləncə vasitələri axtarır. Kazino da bu sıradandır. Turizmi inkişaf etdirmək istəyirsəksə öncə qiymətlər barədə düşünməliyik. Turizmi bizim ölkədə daha çox orta və az gəlirli təbəqəyə əsaslandırmalıyıq. Elitar turizm üçün mərhələ lazımdır ki, dünyanın bir çox ölkələri bu mərhələni çoxdan keçib. Elitar turizmdə rəqabət bizə çətin olar. Qüdrət Həsənquliyevin bir çox fikirləriylə razılaşmasam da bu fikrini dəstəkləyirəm. Bu turistləri cəlb edəcək. Kazinolar da digər obyektlər kimi dövlətə vergi verən müəssisədir. Bizdə əvvələr də kazinolar olub, müəyyən səbəblərdən bağlanıb. Kazinoların hazırda olmaması qumar oynanılmır anlamına gəlmir. Belədə insanlar digər ölkərə gedirlər. Məsələn, daha yaxın olan Tiflisə. Belədə dövlət olaraq bu pullardan məhrum oluruq.

İnsan qazandığı pulu hara xərcləmək məsələsində azaddır. Kazinoların olması o demək deyil ki, cəmiyyət mənəviyyətını itirəcək. Dünyanın bir çox yerində kazinolar fəaliyyət göstərir və həmin ölkələrin cəmiyyətini korlamır. Kazinolar qapalı məkanlardır, insanlar sadəcə əylənir, istirahət edir.

Ona görə də düşünürəm ki, turistləri cəlb etmək üçün kazinoları aça bilərik.”

Yazıçı Şərif Ağayarsa qısa olaraq bütün azadlıqları dəstəklədiyini bildirir:



"Mən hər cür azadlıqların tərəfdarıyam. İllah da o, maddi qazanc gətirəcəksə, alqışlayıram.”

Şair Zahir Əzəmət kazinoları varlı əyləncəsi adlandırır. Belədə ölkəyə böyük pul kütləsi gələ bilər:


"Məncə ağıllı təklifdir. Ölkənin bəlli turizm bölgələrində kazinoların açılması ölkəyə pul axınını əhəmiyyətli dərəcədə artıra bilər. Məsələn, İranla sərhəd zonada yerləşən rayonların birində kazinoların açılması çox effektiv olardı. Gürcüstanda da kazinolar var və ölkə bundan ciddi gəlir əldə edir. "Topaz" kimi yetim-yesiri müflis edən totalizatorlardansa varlıların hobbisi olan kazinoların olması daha uyğun olardı.”

İlahiyyatçı Elşad Miri kazinoların açılmasını xalq üçün pis ənənin başlanğıcı ola biləcəyini söyləyir.:


"Turizmin inkişafı Azərbaycan üçün faydalıdır. Müxtəliflikdir, zənginlikdir. Eyni zamanda düşünmək lazımdır ki, ərəb turistlərini bura gətirən hansı turizmdir. Sonradan biz onları da itirə bilərik. Turizm naminə çox şeyi, dəyərləri qurban vermək olmaz. Biz kazinoları açmaqla xalqımızçün pis ənənəni yaratmış oluruq. Bu cür haram, eynilə topaz kimi qumar fəaliyyətlərinin nəticəsinin necə acınacaqlı olduğunu sonradan görmüş oluruq.”

Emin Piri


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-20
2021-01-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK