adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Bu şəxs təcrübəli HEYDƏR ƏLİYEV idi... - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
82634 | 2020-04-13 09:07

Təcrübə bilirsiz nədir ? Bilməyən də eşidib mütləq. Vərdiş sözü də var – anlamı yəni... Tülkülük vərdişləri filan. Təcrübən yoxdusa, tülkülük vərdişlərin yardımına çatacaq. Təcrübə böyük sözdür. Əksər hallarda əhatəsi geniş miqyasda işlədilir. Elmdə, mədəniyyətdə. Amma ətrafda gördüyümüz vərdişi üstün olanların təcrübəliləri üstələməsidir. Məsələn, biri gözünün işığın,nurun töküb kitablara . Oxuyub, öyrənib... Bilir yəni. Və vaxt çatır bu bilikləri nəzəriyyədən praktikaya yönəltsin. Həəə – bu zaman səhnəyə baş rolda vərdişi iti olanlar çıxır. Çünki ... Sərf eləmir təcrübəlilərə meydan vermək. Tülkü xislətlilər həyətdə top-top oynayanda təcrübəlilər vaxtını öyrənməyə sərf edib, bunu hər kəs bacarmır. Zəhmət çəkməyi hər kəs bacarmır axı... Həə – tülkülər özünə bənzəyənləri çəkir yanına və başlanır hər sahədə gördüyümüz eybəcərliklər.

Aid olduğun sahəni bilirsən və ümumiyyətlə, çox tərəfin bilirsən həyatın. Amma səni itələyirlər və başdakı yerləri qamarlayıb oturan tülkülərdən biri silir sənin adını hər yerdən. Sənin cəmiyyətə verəcəyin xeyir onlara lazım deyil – əksinə, bu onları qorxudur . Özləri heç olduqlarının fərqindədirlər ürəklərinin dərinliyində. Özləri bunu hamıdan yaxşı bilir.

Hamı da onları tanıyır. Bir abzas sözü əzbərləyib çıxıb danışırlar və bu dəyişmir. İllər uzunu belə görmüşük. Orijinal heç nə yoxdu. Nə qulaq asan yoxdu, nə danışdıqlarından nəsə bir nəticə çıxaran. Mənsub olduqları cəmiyyətin ən böyük düşmənləridir bu yaratıqlar . Heç adam, canlı da demək istəmirəm . Yaratıq... Və özlərinin bilmədiklərinin qisasını bilənlərdən almağa başlayırlar. Bu da vərdişdir. Və bu da dəyişmir.

Tamam – anladıq mühüm yerləri qamarladınız . Sizin olsun – necə ki olub... Amma kimin nə qədər yaşayacağına da siz qərar verirsiniz ? Hər olaydan öz tülkülərinizin xeyirinə istifadə edirsiniz ? Hətta pandemiya da sizə işləyir ? Vərdişin gücünə bax da...

Təcrübə bilirsiniz nədir ? Dünya təcrübəli adamların ağlı, gənc adamların enerjisi, gücü ilə dönür. İndi yeni bir epidemiya yaradıblar tülkülər – yaşlı adamlara psixoz , gərəksizlik sindromu aşılamaqla. Dünyada da yaşlı adamlar hər kəsə gərəklidir. Sizlərin beyninə yeridilən heçnəçilik , heçkimçilik də təcrübəli ixtiyarların qələmiylə həll olunur. Kissinceri tanıyırsız ? Onun məsləhətlərindən yararlanır dünyanın böyük ölkələri. Və onun yetişdirdiyi adamlar idarə edəcək gələcəyi...

Efirlərdə qısqırdıb küçələrə buraxdığınız tülkücüklər kütləvi heçnəçilik yayarkən, bir təcrübəli adam tapılmır "DUR” deməyə.

Xalqı soyub yığdıqları pullarnan cəmiyyətin yaşlı üzvlərinə hədyan yazdıranlar da adətkarda olublar bir növ. Vərdişdir ...

Onlara sərf edir – nə qarışıqlıq olsa yenə onlar yararlanacaq. Bulanıq suda balıq tutmağa vərdiş edənlər.

Üstündə gəzdiyiniz, talan elədiyiniz, kef elədiyiniz bu torpağı, bu dövləti 70 yaşlı müdrik bir şəxs dağılmaqdan xilas etdi. O vaxt da yaş söhbətin atmışdılar ortalığa. Amma hər şeyin fövqündə dura bilən insanlar var...Və bu şəxs təcrübəli HEYDƏR ƏLİYEV idi.

 

 

 

TƏQVİM / ARXİV