SON DƏQİQƏ:

Ədəbiyyatımızın “Cahandar ağa”sının anım günüdür

  163768   |  
Şriftin ölçüsü  

Böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlını həyatda görməmişəm. Amma onun adını hardasa eşidəndə ilk yadıma düşən, ilk ağlıma gələn isim Cahandar ağa (obraz) olub. "Dəli Kür " romanını da oxumuşam, eyni adlı filmə də baxmışam amma, hər dəfə Cahandar ağanı İsmayıl Şıxlı kimi qavramışam. Elə hesab eləmişəm ki, hökmlü, mərd, yaxşını yamana verməyən, bir sözlə o bəy elə İsmayıl müəllimin özüdür. Baxmayaraq ki, İsmayıl Şıxlının oğlu yazıcı Elçin Şıxlı deyir ki, Cahandar ağa Qara Nəbi adlı şəxsin və İsmayıl Şıxlının ana tərəfdən babasının prototipidir.

Amma hec bunu qəbul edə bilmədim. Bir yandan da nasirin "Azərbaycan gəncləri” qəzetinə (20 dekabr 1988-ci il) verdiyi müsahibədə:"...özümdən uydurma süjetlər, hadisələr qura bilmirəm. Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır. " Dəli Kür ”də həmçinin, hekayələrim də bu qəbildəndir”-deməsi məni fikrimdə qalmağa sövq edir. Bütün bu düşüncələrim İsmayıl Şıxlının oxucusu kimi subyektiv fikirlərimdi.

 

 Qısa xronika: İsmayıl Şıxlının həyatı, yaradıcılığı, vəfatı... 

 

 

 İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil alıb.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub.
"Azərbaycan" jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olub. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib (1991). İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. 
Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986-1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968-1970), Azərbaycan KP MK-nın (1986-1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilib 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilib.
Xidmətlərinə görə "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini alıb.
1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
 

 

Cahandar ağa- İsmayıl Şıxlı kəsişməsi

 

Amma tanınmış ədiblərimizin fikrimi bərkitməyə kömək edən maraqlı rəyləri var. Onları da nəzərinizə çatdırsam yəqin ki, sizdə İsmayl Şıxlı deyiləndə, Cahandar ağa obrazını mütləq gözləriniz qarşısında canlandıracaqsınız:

 

 

Tərcüməçi, nasir Oqtay Hacımusalı:"Dəli Kür" romanının əsasında 1969-cu ildə çəkilmiş eyni adlı film (filmin ssenari müəllifi İsmayıl Şıxlı, quruluşçu rejissoru H.Seyidzadədir) millikino tariximizdə və mədəni həyatımızda əlamətdar hadisələrdə bir ioldu. "...Dəli Kür"dəki Cahandar ağa ədəbiyyatımızda son dərəcə orijinal surətdir.Bu obraza qədər mənfi surətlər ancaq tünd boyalarla("qaraqətran içərisində") rəsmedilirdi.Cahandar ağa obrazı bu şablonu aradan qaldırdı. Məlumolduki, bəy də, mülkədarda bütün mənfi xasiyyətlərinə,ictima imövqelərindən irəli gələn naqisliklərə baxmayaraq canlı insandır.Cahandar ağa bunun əyani təcəssümün çevrildi. O, əsl milli xarakterdir”.

 

Publisist Flora Xəlilzadə: "Dəli Kür" elə bir zamanda ədəbiyyat səmasında şimşək kimi çaxdı ki, sovet təfəkkür tərzinə xas olan bədii əsərlər oxumaqdan oxucular bezmişdi. Ədəbiyyatda bəyin, xanın pisləndiyi və təhqir edildiyi bir zamanda mərd, kişi xasiyyətinəmalik bir bəy surəti -Cahandar ağa obrazını yaratmaq təkcə istedad deyil, həm də hünər və cəsarət idi. İsmayıl Şıxlı repressiyanı da, müharibəni də görmüşdü. Lakin buna baxmayaraq, o, həyat həqiqətinə söykənərək ədəbiyyata yeni nəfəs, yeniobraz gətirdi.Cahandar ağa kimi vüqarlı, əyilməz obraz yaratması əslində İsmayıl Şıxlının Azərbaycan bəylərini acı taleyə məhkum edənlərə bir yazıçı kinayəsi ilə meydan oxuması kimi səciyyələndirilməlidir. Öz qəhrəmanının müsbət keyfiyyətlərini, qeyri-adi məziyyətlərini və həm də nöqsanlı görünə biləcək ziddiyyətli məqamlarını təbii yaradan müəllif bütün bunları elə ustalıqla bacardı ki, Cahandar ağa ədəbiyyatımızın şah obrazlarından birinə çevrildi. Onun qüsurları da böyüklüyü, hünəri, cəsarəti, əsl bəyliyi qarşısında əriyib itdi. Cahandar ağa oxucular tərəfindən dərin rəğbətlə qarşılandı və sevildi”.

 

Filologiya elmləri doktoru, professor Himalay Qasımov: ""Cahandar ağanın dili, tipi, xarakteri, obrazının poetikası haqda açıqlamalar sözün əsl mənasında qürur doğurur. Çünki tədqiqatçı bir obrazla bağlı elə məqamları düşüncə müstəvisinə çıxarır ki, ona qədər heç bir araşdırmaçı baş qəhrəmanın tipoloji arsenalının incəliklərinə bu qədər dərindən vara bilməmişdir. "Dəli Kür”ün şeiriyyəti, obrazlılığının fonetikası, leksikası, semantikası, məcazlar sistemi haqda açıqlamalar mahiyyətə yönəlik olub araşdırmaçının təhlil imkanlarının tükənməzliyindən soraq verir”.

 

 

Yazıcı Ağa Cəfərli:”Roman köhnə kişilərdən olan Cahandar ağanın Allahyarın arvadı Mələyi götürüb qaçmaqla başlayan faciəsindən bəhs edir. Cahandar Ağanın bu hərəkətindən sonra oğlu Şamxal evi tərk edir. Cahandar ağanın digər oğlu Əşrəf atasının israrına baxmayaraq Qori seminariyasına oxumağa gedir. Burada baş verənlər, inqilabçıların gördüyü işlər, eyni zamanda maarifçi rus Əhmədin yaşadıqları, onların həbsi əsərdə ikinci xətdir. "Dəli Kür”də maarifçilərin yorulmaz fəaliyyəti, mövhumatçıların at oynatması, maarifçilərin bunun qarşısını almaq cəhdləri təsvir olunub. Cahandar ağa oğlunun Qoriyə getməsinə qarşı çıxsa da oxumağı təbliğ edənlərin üzərinə hücuma keçən mollalara təpinir. Molla Sadıq isə bunun qisasını alır. Cahandar ağanın bacısı Şahnigarı tora salır, nəticədə Cahandar ağa bacısının qatilinə çevrilir. Əsərin sonunda Cahandar ağa onun torpaqlarını almaq istəyənlərə qarşı silahlı müqavimət göstərir və çar əsgərləri tərəfindən öldürülür.”

 

Akademik Bəkir Nəbiyev: "Dəli Kür" gərgin dramatik toqquşmalar, qüdrətli xarakterlər romanıdır".

 

Xalq yazıçısı Anar: "Dəli Kür" nəinki nəsrimizdə, həm də ictimai şüurumuzda, milli özünüdərkimizdə dönüş yaradan əsərlərdəndir".

Sonda yenə F.Xəlilzadənin düşüncələrinə müraciət edirik:”Ötən əsrin sonlarında Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, ermənilərin Dağlıq Qarabağda törətdikləri olaylar, soydaşlarımızın Ermənistan adlanan yerdən, əslində tarixi dəbə-baba ocaqlarından vəhşiliklə qovulması, müstəqilliyimizlə bağlı ayağa qalxan xalqımızıntəlatümlü günləri İsmayıl Şıxlının istər yazıçı, istərsə də vətəndaş kimi həm taleyindən, həm də yaradıcılığından izsiz keçmədi. O zaman İsmayıl Şıxlı Azərbaycan Ali Sovetinin deputatı idi.O, xalqla birlikdə meydanlara çıxdı. 20 Yanvar faciəsində, Bakı fövqəladə vəziyyətdə yaşadığı bir zamanda heç nədən çəkinmədən, qorxmadan Ali Sovetin iclas salonuna gəlməsi, rəyasət heyətində əyləşib həmkarı Bəxtiyar Vahabzadə ilə birlikdə məclisi təmkinlə idarə etməsi gözlərimizin önündən çəkilməyib. O zaman hər kəsin dilindən belə fikirlər qopurdu: "Halal olsun, İsmayıl Şıxlı əsl Cahandar ağadır. Heç nədən qorxub-çəkinmir".

Ümumiyyətlə hec bir nasirin elə bir əsərinə rast gəlməmişəm ki, onun yaratdığı obrazla özü arasında sədd-sərhəd olmaya. Mənim düşüncəm, ağlım İsmayıl Şıxlı ilə Cahandar ağanı eyni görür,duyur.

Yeri gəlmişkən,  bu gün 102 il əvvəl doğulmuş görkəmli nasir, ədəbiyyatşünas alim, publisist, tərcüməçi İsmayıl Şıxlının anım günüdür!  Ruhun şad olsun İsmayıl Şıxlı, ruhun şad olsun sevimli Cahandar ağa!

Əntiqə Rəşid

 

 

 

 

 

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK