SON DƏQİQƏ:

“Qatıq” deyib keçmə - faydalarını saymaqla bitməz...

  4000   |  
Şriftin ölçüsü  

Bizim rayon pambıqçılıqla məşğul olduğu kimyəvi maddələrlə təması mütəmadiydi. Sahələrin gübrələnməsi təyyarələr (aeroplan ) vasitəsilə havadan, bir də təsərrüfat maşınları (traktorlar) vasitəsilə yerdən aparılırdı. Demək olar ki, yazın 3-cü ayından sentyabra qədər bu proses davam edirdi. Təsərrüfatda işləyənlərdə də, bəzən kənd camaatında da zəhərlənmə halları baş verirdi. Məsələn, bağda yetişən meyvələr, tərəvəzlər yuyulmamış yeyiləndə. Ümumiyyətlə, o vaxt zəhərləndin, yaxud zəhərlənmədin, dəxli yoxdu, evdə yaşlı nənə varsa, mütləq gündə bir stəkan qatıq, süzmə qatıq, ya da atlama (ayran, avdıq) içmək zorundaydın. Bunun xeyrini isə böyüdükcə anladıq. Qatıq mədədə öz-özünə həzm olunan yeganə qida maddəsidir. Bundan başqa, qatıq vərəm və Sibir yarası istisna olmaqla tif, paratif, difteriya, dizenteriya, xolera, tuberkulyoz kimi 22 xəstəliyin mikrobunu məhv edə bilir.

Adalet.az xəbər verir ki, elm adamlarının araşdırmalarına görə, qatıq tam bir vitamin və mineral anbarıdır. Bu ağartı məhsulu sümük və əzələ sağlamlığı üçün vacib qidadır. Qatığın bir neçə xeyirli xüsusiyyətini sizə xatırladırıq.

Həzmə kömək edir- Qatığın ən vacib xüsusiyyəti həzmə kömək olmasıdır. Qatığın tərkibindəki probiotiklər sağlamlıq üçün çox əhəmiyyətlidir və təbii formada qatığın içərisində olur. Ona görə də əgər bağırsaq problemləriniz varsa, qatığı gündəlik qidalanma proqramınıza əlavə edin ki, həzm sisteminizin işini daha yaxşı təmin edəsiniz.



İmmuniteti gücləndirir-Bədənə bilərəkdən bakteriya daxil olmasını təmin etmək qəribə görünə bilər. Amma yaxşı və pis bakteriya arasında bir fərq var və qatıq faydalı bakteriyalarla zəngindir. Bu səbəbdən də qatıq yalnız həzm sisteminə kömək olmur, eyni zamanda bütün immuniteti gücləndirir. Çünki qatıqda olan bakteriyalar bədəni xəstəliklərə qarşı gücləndirir. Başqa sözlə desək, qatıq sizi soyuqdəymə və mədə virusundan qorumağa kömək olar. Maya göbələklərinin səbəb olduğu infeksiyadan qoruyur. Qatıqda maya göbələyi olmadığı üçün bu fakt sizə məntiqsiz görünə bilər. Lakin qatığı gündəlik yemək bədənin intim yerlərində meydana gələ biləcək infeksiyaların qarşısını almağa kömək edir. Vaginada olan candida bakteriyası bir çox qadında yarana bilən problemdir. Ümumiyyətlə, vagina kifayət qədər turş olmadığı üçün bu problem meydana gəlir. Qatıqdakı maya bakteriyası vaginadakı PH səviyyəsini aşağı salır.

Təzyiqi aşağı salır- Hamımızın bildiyi kimi, kalorisi və yağı bol olan, qeyri-sağlam yeməklər təzyiqi qaldırır. Gündə 2-3 boşqab az yağlı qatıq və ya ümumi olaraq süd məhsullarından hər hansı birini yemək yüksək təzyiqi aşağı salmağa kömək edir. Osteoparoza tutulma riskini azaldır.

Xüsusilə menopauza keçirən qadınlarda osteoparoz daha çox müşahidə edilir. Bu səbəbdən də menopauza olan qadınların bədənindəki estrogen çatışmazlığının qarşısını almaq üçün çox miqdarda kalsium qəbul etmək lazımdır. Kalsium qatıqda bol miqdardadır və sümüklərin güclənməsini, inkişafını təmin edir.

Tox tutur-Aclıq hiss etdikdə bir kasa qatıq yeyə bilərsiniz. Ümumiyyətlə, insanların yemək yedikdən sonra hələ də özlərini ac hiss etmələrinin səbəbi karbohidrat və şəkər baxımından zəngin, lakin kifayət qədər zülal və lif ehtiva etməyən qeyri-sağlam yeməklər yemələridir. Qatığın tərkibində zülal zəngin olduğu və bədənin bu zülalı həzm etməsi vaxt aparacağı üçün qatıq sizi tox saxlayacaq.

Sonda bir məsləhət: Çalışın yediyiniz qatıq marketdən yox, inək südündən hazırlanmış, təmiz, orqanik qatıq olsun!

Əntiqə Rəşid


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK