adalet.az header logo
  • Bakı -°C

ABŞ-Ukrayna münasibətlərində gərginlik - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
63 | 2026-10-15 15:50
A- A+

Son vaxtlar Vaşinüton və Kiyev arasında yaşanan gərginlik getdikcə dərinləşməkdədir. 

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ərazilərinə yeni hücimlarla bağlı əmr verməklə ABŞ prezidenti Donald Trampa meydan oxuyur.

ABŞ hazırda "Starilink" internet terminalına məhdudiyyət qoymaqla Ukrayna dronlarının sürətlə hədəfə çatmasında əngəllər yaradır, pilotsuz uçuş aparatları lazımi sürəti yığa bilmirlər. Bundan başqa, Kiyev ABŞ-ın xüsusi xidmət orqanlarından kəşviyyat məlumatlarının alınmasında da çətinlik çəkirlər.

 "Starilink" internet terminalının heç bir xəbərdarlıq etmədən xidmət keyfiyyətini aşağı salması, həmçinin kəşfiyyat məlumatlarının məhdudlaşdırılması Ukraynanın hakimiyyət dairələrində narahatlıq yaratmaqdadır. 

 Reuters informasiya agentliyi Avropanın ABŞ-Ukrayna münasibətlərinin bərpa edə biəcəyi olə maraqlanır. Sterilinkin xidməti məhdudlaşdırmasından sonra, Ukrayna tərəfi artıq ballistik raketlərin atışı ilə bağlı ilkin məlumatları ala bilmirlər. Təkcə dünən gün ərzində Rusiya silahlı qüvvələri paytaxt Kiyev şəhərinə onllarla ballistik raket və 160-a yaxın dron zərbələri endirib. Dinc əhali arasında ölən və yaralananlar var.

Avropalı tərəfdaşlar hələ ki, ABŞ-ın əvəzinə alternativ tapmaq gücündə deyillər. Üstəlik Donald Trampın Vladimir Putinlə dizel yanacağı ilə bağlı sanksiyaların ləğv edilməsində razılıq əldə etməsi və Zelenskinin hakimiyyətdən getmə vaxtının yetişdiyini bəyan etməsi, Ukraynanın vəziyyətini daha da ağırlaşdıra, hətta təslim olmağa sürükləyə bilər.

  Bloomberg yazır ki, hazırki vəziyyətdə Avropanın "Eutelsat" internet terminalı hərbi sahədə "Starilinqi" əvəz etmək imkanlarına malik deyil. Düzdür şirkət hazırda bu məsələ üzərində işlər aparır, lakin bunun üçün müəyyən vaxt lazımdır ki, həmin vaxtda Ukraynanın əleyhinə işləyir.

 Avropalı tərəfdaşların yeganə çıxış yolu Trampı yola gərdirməyə çalışmaqdır. Bacaracaqlarmı?... 

 

TƏQVİM / ARXİV