SON DƏQİQƏ:

Hanı koronavirus? - Nicat Novruzoğlu yazır

  67019   |  
Şriftin ölçüsü  

Bu koronavirus bitişik yazılır ayrı yazılır bilmirəm. Tapsam özündən soruşacam ki, ay koronavirus, siz bir-birinizdən ayrısınız ya bitişik. Amma deyəsən bizimkilər qərar verib ki, bitişik olsa yaxşıdı. İkisini bir yerdə məhv edərik.

Koronavirus Çindən "razqon” götürdü. İndi deyilənlərə görə bütün qitələrdə var. Bizdə də tapılıb. Özü də necə?

Deməli, koronavirus hələ Çində efirə çıxan kimi düşdük səlahiyyətlilərin üstünə ki, bəs bizdə koronavirus niyə yoxdu. Bizdə koronavirus mütləq olmalıdı. Ola bilməsin ki, bizdə koronavirus olmasın. Səlahiyyətli rəsmi bəyan elədi ki, yoxdu. Dedik, nə danışırsan, bu boyda gop olar, millətimiz qırılıb batır, sən deyirsən ki, koronavirusumuz yoxdu. Axırı səlahiyyətli gördü ki, biz məsuliyyət- zad qanmırıq çıxıb and içdi ki, vallah-billah bizdə koronavirus yoxdu. Başqa da nəyə deyirsiniz and içim. Başladılar gülməyə ki, səlahiyyətli and içir. Heç səlahiyyətli də and içər?!

Ay camaat, bu səlahiyyətli rəsmi bəyanat verir, inanmırsız, day yazıq neyləsin. Sizi öz dilinizdə inandırmaq istəyir ki, bəlkə inanasınız. Siz də hara inanırsınız. Siz heç özünüz and içdiyinizə özünüz inanmırsınız. Ha ola ki, rəsminin and içməyi ola. Neyləsin, ana-bacı söyüşü söysün?

Səs yazıları, video kadrlar telefonları bəzədi. Maska xətir-hörmətə mindi. Spirt, onsuzda, hörmətli idi. Xaş qazanları qaynadı.

Sonra biri bizdən gəlib keçib getdi. Getdiyi yerdə yoxlayıb onda koronavirus tapdılar. Yenə hay-küy qalxdı. Axı bizdə niyə koronavirus yoxdu? Və belə bir fikir də yaratdılar ki, guya. var amma rəsmilər gizlədir.

Niyə gizlətsinlər ki? Çıxarıb qara bazarda satacaqlar? Ya koronavirus oğurluqdu?

Hər nəysə. Səlahiyyətlilər gördü ki, cammat bunlardan əl çəkən deyil. Bunlara koronavirus lazımdı. Naəlac qalıb axırda dedilər ki, bəs bizdə də bir nəfər koronavirusa yoluxub.

Maskanın qiyməti qalxdı sümüksüz ətin qiymətinə. Onsuz da, maskalıydıq birini də üstündən bağladıq.

Spirti içən day qaytarmadı. Öpüşməyi yığışdırdıq. Niyə? Ayə, bəs qoymayın üstümüzə koronavirus gəlir.

Məktəbləri bağladıq.

Koronavirusa şeir qoşuruq, qəzəl yazırıq, meyxana guppuldadırıq.

Arsızıq.

İndi maska taxırıq, spirt içirik, öpüşmürük.

Ancaq milli tv-lərə baxırıq. Dünyəvi tv-lərdən yoluxma ehtimalı var. Bizim tv-lər maskalıdı.

Bütün bunları edə-edə koronavirusu gözləyirik. O hay-küyün qarşısında gərək ki, hər kəsin yan-yörəsində kimsə yoluxmalı idi. Hələ ki, bir yoluxan görən olmayıb. Amma hamı danışır. Hamı deyir ki, millət qırılır. Bu hansı millətdi anlamıram. Bu qırılanlar kimdi bilinmir.

Gözünüz görməyəni dilinizə gətirib, qələminizə alıb yaymayın.

Əgər səhvəmsə, bəs hanı koronavirus?



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK