SON DƏQİQƏ:

Məzahir Pənahov: "Sosial şəbəkələrdə yayılan xoşagəlməz hallar..."

  4572   |  
Şriftin ölçüsü  

Fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan xoşagəlməz hallar ümumi seçki məntəqələrinin heç 2 faizini təşkil etmir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Real TV-yə müsahibəsində deyib.

M.Pənahov bildirib ki, sosial şəbəkələrdə yayılan materialların çəkildiyi bütün məntəqələrdə seçkilərin nəticəsini ləğv etsək belə, 5 573 seçki məntəqəsinin cəmi 2 faizini təşkil edəcək, yəni bu, təqribən 100 məntəqə deməkdir:

"Bəzən insanlarda belə təsəvvür yaranır ki, bütün ölkə üzrə pozuntular baş verib, ancaq bu, belə deyil. Əlbəttə, biz arzu edərdik ki, o xoşagəlməz hallar da olmasın. Ancaq mən həmişə demişəm, bütün xoşagəlmız hallar qanunvericiliyin tələbinə çox ciddi yanaşmaqla həll olunacaq, xoşagəlməz hallara yol verənlər isə ciddi şəkildə cəzalandırılacaqlar”.

Qeyd edək ki, fevralın 13-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Bundan əlavə, 91 saylı Ucar, 125 saylı Zəngilan-Qubadlı və 60 saylı Salyan-Neftçala, 50 saylı Abşeron-Qobustan, 72 saylı Yardımlı-Masallı, 95 saylı Tərtər, 42 saylı Sumqayıt ikinci, 14 saylı Xəzər, 15 saylı Yasamal birinci, 10 saylı Binəqədi üçüncü, 28 saylı Sabunçu üçüncü, 79 saylı İmişli, 45 saylı Abşeron, 109 saylı Balakən, 67 saylı Cəlilabad seçki dairələri üzrə müraciətlərə baxılıb.

Müzakirələrdən sonra müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29
2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK