adalet.az header logo
  • Bakı -°C
30 Iyul 2026 19:33
73
HADİSƏ
A- A+

Bu ərazilərdə qaz olmayacaq

Paytaxtın bəzi yerlərində qaz kəsiləcək.

Adalet.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Lökbatan qəsəbəsinin tam olaraq, Qobu qəsəbəsinin bir hissəsinin, Nizami rayonunun R. Rüstəmov, E. Süleymanov, Q. Qarayev və C. Naxçıvanski küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.