adalet.az header logo
  • Bakı -°C

 O çinarı görmürdüm... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
79 | 2026-07-26 12:45
A- A+

Bu yaxınlarda  dostlarla bağlı bir yazı qələm almışdım:" Dostları çevirdim astar üzünə..." Həmin yazı ilə bağlı yaxın qohumum , Bəhmənlinin ağsaqqallarından bir olmuş rəhmətlik Seyid Əli Ağanın oğlu Seyid Əbdürrəhimə mənə zəng elədi. Onu da deyim ki, Seyid Əbdürrəhimə çox ziyalı, dünyagörüşlü, savadlı və ədalətli bir adamdır. Və haqqı - ədaləti gözünün işığı, hətta övladı olsa belə danan deyil. Ona görə də onu çox istəyirəm.

Elə  onun özü də bu gün el ağsaqqalıdı! O, davamlı olaraq sosial medianı, saytları , qəzetləri izləyir. Mənim də qələmə aldığım yazıları oxuyur və təkliflərini, iradlarını bildirir. Təbii ki, mən də bundan bir nəticə çıxarıram! Zəng edəndə dedi ki, dostlarla bağlı bir yazını oxudum xoşuma gəldi. Mən də dostlarla bağlı bir əhvalat danışım , ürəyin istəsə , yazarsan! Seyid Əbdürrəhim dediyi əhvalatı danışdı və mən də onu qələmə aldım! Deməli , belə ! İki dost olur. Bir yerdə böyüyür, bir yerdə oxuyur  və  bir yerdə də ali məktəbi bitirirlər! İmkanlı dost imkansıza arxa durur, tələbə olanda cibinə pul qoyur, əyin- baş alır, hətta toyunda sağdış olur. Hamı da onların dostluğuna heyran qalır. Və deyirlər ki, bax əsl dost belə olar! Halal olsun onlara. Günlərin bir günü kasıb dost nazir təyin edilir.

Ona arxa duran dost gözləyir ki, yəqin nazir olan uşaqlıq dostu zəng vurar və ona bir vəzifə verər. Bir ay gözləyir, altı ay gözləyir , nazir dostundan bir səs çıxmır. Axırda onun qəbuluna yazılır  və yenə onunla görüşə bilmir. Bir gün gəlib düz nazirliyin qabağında durur ki, dost onu görsün. Amma polislər ona imkan vermir. Nazir çıxan kimi onu əhatəyə alır və o , xidməti avtomobilə əyləşib gedir! Bir ay gəlib- gedir , bir şey çıxmır. Axırda nazirliyin qabağında uca bir çinar ağacı varmış , gəlib durur bu ağacın yanındakı bələk nazir bu ağaca baxanda ona görə !

Amma çinar ağacının altında dursa da , yenə nazir dost onu görmür. Axırda ruhdan düşür, tay nazirliyin qabağına getmir. Və oturur evdə ! Bir də eşidir ki, uşaqlıq dostunu nazir vəzifəsindən azad ediblər.Az keçmir ki, keçmiş nazir ona zəng edir. Deyir ki, vəzifədən çıxmışam heç kim məni axtarmır və düşündüm ki, sadiq  dost kimə sənə zəng edim, bir stəkan çay içək. Mən nazir olanda  yanıma gəlmədin ki, sənə bir vəzifə verim dolandan və indi də çətin günümdə mənə kömək edəsən! Dost deyir ki,azı on dəfə qəbuluna gəldim , səni qapının ağzında gözlədim, mühafizəçilər səninlə görüşməyə imkan vermədilər.Axırda əlacım kəsilib, o uca  çinarın altında dayandım ki, bəlkə məni görəsən!

Amma yenə görmədin! Sabiq nazir dostuna deyir ki, ay rəhmətliyin oğlu, onda vəzifə gözümü elə tutmuşdu ki, nəinki sənə, heç o uca çinarı  görmürdüm! Ona görə də demişəm və yenə deyirəm bütün dostları və qohumları vəzifədə sınamaq lazımdı. Əgər vəzifədə olanda həmin adam dəyişmədisə, olduğu kimi səmimi qaldısa,  o adamlara arxa çevirmək, güvənmək olar. Yox , dəyişdisə, onda apar onu qaytar! Ancaq mənim dostlarımın çoxu saf, dürüst və etibarlı çıxıb! Allah min şükür!!!

TƏQVİM / ARXİV