adalet.az header logo
  • Bakı -°C
30 Iyul 2026 12:33
48
ƏDƏBİYYAT
A- A+

Bərzani Əsgərov: Gəl bağışla, Sən məni...

Kəlbəcərdəydim.
Xəfif külək əsirdi...
Bakıda, Gəncədə, Nuxada 41 dərəcə...
Burda qalın yapıncıda...

Ürəyimdən keçdi:

Baş əyirəm:

Şəhidimin ANAsı!
Gəl Səninçün yas tutum ...
Gəl bağışla, Sən məni ...

Yas tutmağa, 
göz yaşların axıtmağa
verirsəmsə o fürsəti,
Demək günah Səndə deyil....
O bizdədir... 

Gəl ağlayaq, həzin-həzin, 
Gəl dağlayaq o həzrəti...
xatırlayaq o dəhşəti...
...xatırladın?
Demək günah Səndə deyil....
O bizdədir... 

Əziz ANAM:
Gəl mən sənə oğul olum 
(bilirəm ki, o çətindir...)
saçlarını tumarlayım, 
damarlardan
qan axmayan ayağını,
ovxalayım, 
təsəllimi?

Yox, yox, bildim:
O - OĞLUNUN
 istiliyin - 
verə bilməz heç vaxt, 
heç kim...

Gəl incimə!
Qədrlərin qəniminə çevrilmişik, 
Şux DUR!
Bax, bu SƏNin öz haqqındır!

Gəl özləmə!
Ola bilər qanacağın,
o mərfətin 
ən sonuna biz enmişik...j

Şux DUR!
Bax, bu Sənin öz haqqındır!
Gün gələcək...
Gəl bağışla, Sən məni ...