Cavanşir Feyziyev: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələr sürətlə inkişaf edir
“Mərkəzi Asiya uzun illər ayrı bir geosiyasi məkan kimi qiymətləndirilməyib. Həmin dövrdə bu region daha çox Rusiyanın tərkib hissəsi kimi qəbul olunurdu. Halbuki Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin tarixi çox qədimdir. Biz eyni soy-kökə, ortaq tarixə və mədəniyyətə malik xalqlarıq”.
Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan Televiziyasının efirində səsləndirib.
Deputat bildirib ki, son 30 il ərzində Mərkəzi Asiya dövlətləri sürətli inkişaf yolu keçərək regionun iqtisadi və geosiyasi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıblar.
“Bu gün Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq mexanizmləri kifayət qədər genişdir və bu da regionun dinamik inkişafına şərait yaradır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əlaqələri də ildən-ilə genişlənir. Qarşılıqlı əməkdaşlığın inkişafı həm region ölkələrinin, həm də Azərbaycanın strateji maraqlarına xidmət edir”, – deyə Cavanşir Feyziyev vurğulayıb.
Deputat qeyd edib ki, ortaq tarix, dil və mədəni dəyərlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin daha da möhkəmlənməsi üçün güclü zəmin yaradır.
Daha ətraflı videoda:
Digər Xəbərlər
31 Iyul 2026 13:11
İqnatsio Kassis Azərbaycana gələcək
31 Iyul 2026 13:03
Prezidentlərin qeyri-rəsmi görüşü keçirildi - FOTOLAR + YENİLƏNİB
31 Iyul 2026 13:00
İlham Əliyev “Manas”, Qırğızıstan Prezidenti isə “Heydər Əliyev” ordeni ilə təltif edildi - FOTOLAR
31 Iyul 2026 12:34
"Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək" - Dövlət başçısı
31 Iyul 2026 12:33
"Mərkəzi Asiya ölkələri ilə münasibətlər xarici siyasətin əsas prioritetlərindəndir" - İlham Əliyev
31 Iyul 2026 11:08
İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
31 Iyul 2026 11:03
“İran itkilərinə dair məlumatları daim gizlədir...” – Hərbi ekspert
31 Iyul 2026 10:33


Bakı -°C

