adalet.az header logo
  • Bakı -°C
31 Iyul 2026 11:43
61
SAĞLAMLIQ
A- A+

Bakıda 29 yaşlı qadının qopmuş qolu bərpa olundu 

Bakıda ağır yol-nəqliyyat hadisəsi zamanı sol qolu travmatik amputasiya olunan 29 yaşlı qadın uğurla əməliyyat edilib.

Adalet.az xəbər verir ki, hadisədən sonra zərərçəkən Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə çatdırılıb. Burada damar cərrahı Sadiq Əhmədov, plastik-rekonstruktiv cərrah Tale Qasımov və Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Babək Əliyevin iştirakı ilə təcili cərrahi əməliyyat həyata keçirilib.

Həkimlərin koordinasiyalı müdaxiləsi nəticəsində qopmuş qol yenidən bərpa olunub. Əməliyyatdan sonra bərpa edilən damarlarda qan dövranı təmin edilib, ətrafın normal temperaturu bərpa olunub.

Məlumata görə, ən mühüm nəticələrdən biri xəstənin bilək və barmaqlarında hərəkət funksiyasının yenidən bərpa edilməsidir.