Vaxtından əvvəl doğulan üçəm hospitalizasiya olundu - FOTOLAR
Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna 35 həftəlik hamiləlikdə vaxtından əvvəl dünyaya gələn üçəm körpələr (1900 q, 1400 q və 2000 q) hospitalizasiya olunub.
Adalet.az xəbər verir ki, aparılan klinik, laborator və instrumental müayinələr nəticəsində körpələrə perinatal dövrə xas infeksiya, tənəffüs çatışmazlığı, vaxtından əvvəl doğulmuş az çəkili uşaq, neonatal sarılıq və nekrotizan enterokolit diaqnozları qoyulub.
Həkimlərin peşəkar yanaşması, tibb personalının fədakar əməyi və gecə-gündüz göstərilən diqqət və qayğı nəticəsində körpələrin ümumi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Tənəffüs funksiyaları bərpa olunub, bədən çəkilərində müsbət dinamika müşahidə edilib və çəkiləri müvafiq olaraq 2200 q, 1560 q və 2100 q-a çatıb.


Bakı -°C

