Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? - VİDEO
Təxminən dörd ay əvvəl paytaxtın Səbail rayonu, Badamdar yamacında baş verən sürüşmə səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. Lakin hadisədən aylar keçməsinə baxmayaraq, yol hələ də bağlıdır.
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, təhlükəsizlik məqsədilə bağlanan yolda nə iş görülür, nə də istifadəyə verilir.
Sakinlərin sözlərinə görə, yolun aylardır bağlı qalması onların gündəlik hərəkətinə ciddi çətinlik yaradır. Bu səbəbdən getməli olduqları məsafə uzanır, mənzil başına çatmaq üçün xeyli əlavə yol qət etməli olurlar.
53 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar da yolun bağlı olması səbəbindən hərəkət istiqamətini dəyişmək məcburiyyətində qalıb. Sürücülər deyirlər ki, avtobuslar daha uzun məsafə qət edir və bu da vaxt itkisinə səbəb olur.
Fövqəlada Hallar Nazirliyindən bildirildi ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Hazırda araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri görülür. Əlavə məlumat veriləcək.
Digər Xəbərlər
11 Avqust 2026 23:06
Ordubadda su elektrik stansiyası tikiləcək
11 Avqust 2026 15:49
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
11 Avqust 2026 15:41
“Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq - FOTOLAR
11 Avqust 2026 14:56
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
11 Avqust 2026 14:43
Bakıda torpaq qiymətləri bir ayda 4 % artıb
10 Avqust 2026 10:52
Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı
09 Avqust 2026 13:22
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
08 Avqust 2026 16:09


Bakı -°C

