Su çatışmazlığı məhsuldarlığa ciddi zərbə vurdu
Ağcabədi rayonunun Köyük kəndində fermerlərə məxsus əkin sahələrinin uzun müddətdir suvarma suyundan məhrum qaldığı bildirilir. Sakinlərin iddiasına görə, bu vəziyyət məhsuldarlığa mənfi təsir göstərərək onlara maddi ziyan vurub.
Adalet.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Köyük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Quliyev problemin mövcud olduğunu təsdiqləyib. O bildirib ki, söhbət 45 deyil, təxminən 42 hektar əkin sahəsindən gedir.
Onun sözlərinə görə, vətəndaşa məxsus buğda və pambıq sahələri su ilə təmin edilsə də, 25-30 hektarlıq yonca sahəsinə su çatdırmaq mümkün olmayıb. Buna səbəb isə həmin təsərrüfata aid artezian quyusunun nasosunun ötən ilin 16 dekabr tarixindən sıradan çıxmasıdır.
Azər Quliyev əlavə edib ki, məsələ rayon icra hakimiyyətində keçirilən iclasda müzakirə olunub və yaxın 10 gün ərzində nasosların yeniləri ilə əvəzlənməsi planlaşdırılır.
Digər Xəbərlər
11 Avqust 2026 23:06
Ordubadda su elektrik stansiyası tikiləcək
11 Avqust 2026 15:49
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
11 Avqust 2026 15:41
“Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq - FOTOLAR
11 Avqust 2026 14:56
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
11 Avqust 2026 14:43
Bakıda torpaq qiymətləri bir ayda 4 % artıb
10 Avqust 2026 10:52
Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı
09 Avqust 2026 13:22
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
08 Avqust 2026 16:09


Bakı -°C

