adalet.az header logo
  • Bakı -°C
27 Iyul 2026 10:45
154
KRİMİNAL
A- A+

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

İyulun 25-də və 26-da ölkə ərazisində qeydə alınan 76 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.