adalet.az header logo
  • Bakı -°C
31 Iyul 2026 12:37
68
DÜNYA
A- A+

Amerikalı senatordan Netanyahuya hörmətsizlik - VİDEO

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ-li demokrat senator Con Fetterman ilə görüşüb.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, görüş "Blair House"də baş tutub. 

Rəsmi görüşdə diqqət çəkən məqamlardan biri də amerikalı senatorun geyimi olub. Belə ki, o Netanyahunu şort, kapüşonlu idman geyimi və tərlikdə qarşılayıb. Həmçinin, Fetterman söhbət zamanı tez-tez mobil telefonuna baxıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə bir çox istifadəçi onun bu hərəkətini qınayıb və Netanyahuya qarşı hörmətsizlik adlandırıb.  

Qeyd edək ki, amerikalı senator çıxışında tez-tez İsrailə güclü dəstəyini ifadə edib.