SON DƏQİQƏ:

Səyavuş Məmmədov seçicilərlə görüşüb - FOTOLAR

  21686   |  
Şriftin ölçüsü  

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Səyavuş Vaqif oğlu Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində Göygöl rayon seçiciləi ilə görüşə start vermişdir. İlk görüşünü ata yurdu olan Yeni Zod kəndindən başlayan deputatlığa namizəd ilk öncə şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanını ziyarət etmiş onların məzarı üzərinə tər çiçəklər düzmüşdür. Bundan sonra S.Məmmədov Azərbaycanın Milli Qəhrəmanı Etibar Hacıyevin anasını ziyarət etmişdir.

Deputatlığa namizədin doğma yurdunda, kəndində görüşü möhtəşəm və izdihamlı keçmişdir. Görüş zamanı deputatlığa namizəd son vaxtlar ölkədə aparılan sosial-iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişafına yönəli Dövlət proqramları, azərbaycan dövlətinin qazandığı uğurlar barədə kənd sakinlərinə geniş məlumat vermişdir.


Öz növbəsində kənd seçiciləri Səyavuş Məmmədovun elinə-obasına göstərdiyi diqqət və qayğını dilə gətirib onun tərəfindən hər zaman sevgi gördüklərini xüsusi qeyd etmişlər. Seçiciləri həmçinin Səyavuş Məmmədovun kənddə yaranan problemlərinin həllinə çalışdığını, aradan qaldırılmasına səy göstərdiyini, gedən abadlıq və quruculuq işlərində yaxından iştirak ediyini qeyd etmişlər. Onlar əminliklə bildiriblər ki, ölkə rəhbərliyinin apardığı kadr islahatları və keçirilən şəffav seçkilər fonunda Səyavuş Məmmədovun Milli Məclisə seçkilərdə qələbəsinə inanırlar və onu dəstəkləyirlər.


Deputatlığa namizədin keçirdiyi növbəti görüşü isə Göygöl rayonunun Göyçə kəndində olub. Burada da seçiciləri onu sevgi və məhəbbətlə qarşılayıblar. Seçicilərinin problemləri ilə tanışan olan S.Məmmədov öz şəxsi nüfuzundan istifadə edərək müvafiq strukturlara müraciət edəcəyini bildirib. Sakinlər namizədə təşəkkürünü bildirərək onu alqışlarla yola salıblar.


Qeyd edək ki, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən öz namizədliyini irəli sürən Səyavuş Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və kredit” üzrə bakalavr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi” üzrə magistr təhsili alıb. Qərbi Azərbaycanda anadan olan Səyavuş Məmmədov dövlət və özəl sektorunda zəngin təcrübəyə malikdir. Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədə çalışır.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK