SON DƏQİQƏ:

Azərbaycanda 22 sm hündürlükdə qar yağıb

  13232   |  
Şriftin ölçüsü  
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Adalet.az -ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, yanvarın 24-ü gecə saatlarından başlayaraq ölkə ərazisinə soyuq atmosfer cəbhəsinin yaxınlaşması nəticəsində hava şəraiti dəyişib.

Onun sözlərinə görə, Qubada 5, Qusar, Şahbuzda 4, Altıağacda 3, Xaltanda 2, Xınalıq, Naxçıvan, Ordubad, Culfa, Gədəbəy, Lerik, Ağdərə(Ordubad), Qrızda 1 mm qar yağıb. Nabran, Şabranda 2, Bakıda və Abşeron yarımadasında: Maştağada 2 mm, Zabrat, Binə, Pirallahıda 1 mm yağış qeydə alınıb.

Qar örtüyünün hündürlüyü Ağdərədə 22, Lerikdə, Qırızda 7, Xınalıqda 6, Şahbuzda 5, Kişçayda 4, Qusarda 3, Yardımlı, Altıağac, Naxçıvanda 2, Xaltan, Qubada 1 sm olub.

Qərb küləyi Tərtərdə 30, Daşkəsəndə 25, Naftalanda 24, Mingəçevirdə 23, Yardımlıda 19, Göyçay, Şamaxıda 18, Bərdə, Şəkidə 17, Bakıda və Abşeron yarımadasında: Biləcəridə 28, Maştağada 26, Qum adasında 24, Bakı, Zabratda 22, Pirallahıda 21 m/s-dək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb. Havanın minimal temperaturu dağlıq rayonlarda 2-6 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 10-15 dərəcə şaxta olub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK